Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-265/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ramin Muradovun Borclu mülkiyyətində olan BMW M5 minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə borc məbləği həddində həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ramin Muradov Borclu mülkiyyətində olan BMW M5 minik markalı **-ZZ-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə borc məbləği həddində həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 61/2019 saylı 25.02.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 143907,13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar LPO Bank of Azerbaijan ASC-yə ödənilməlidir. Borclu hal-hazırkı vaxta qədər icra sənədində göstərilmiş tələbləri yerinə yetirməmiş və göstərilən borc məbləğini tam şəkildə tələbkara ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular edilmiş, elektron baza məlumatlarına əsasən Borclu adına **-ZZ-*** dövlət qeydiyyat nişanlı BMW M5 minik markalı nəqliyyat vasitəsinin qeydiyyata alınması müəyyən olunmuşdur. Ona görə də Borclu məxsus **-ZZ- *** dövlət qeydiyyat nişanlı BMW M5 minik markalı nəqliyyat vasitəsinin üzərinə borc məbləği həddində həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında tələbkar LPO Bank of Azerbaijan ASC-nin nümayəndəsi X1 təqdimatı müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-61/2019 saylı 25.02.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 143907,13 manat tutularaq tələbkar LPO Bank of Azerbaijan ASC-yə ödənilməlidir. Lakin bu günədək borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Ona görə də təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-61/2019 saylı 25.02.2019-cu tarixli icra sənədindən müəyyən olunur ki, Borclu 30.05.2012-ci il tarixli 268/12 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 134345,15 manat, faiz borcuna görə 9030,98 manat, cəriməyə görə 500 manat, dövlət rüsumuna görə 31 manat olmaqla, cəmi 143907,13 manat Ləğv prosesində olan Bank of Azerbaijan ASC-nin xeyrinə tutulmalıdır. Elektron icra sistemindən çıxarışdan müəyyən olunur ki, BMW M5 minik markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdan keçmiş və hazırda da mülkiyyətindədir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1.-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1.-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İstinad olunan normalardan müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması üçün məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu qanuni qüvvəsini almış məhkəmə aktını uzun müddət könüllü olaraq icra etməmişdir. Məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyi halda icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən səlahiyyətlərindən istifadə etməklə icra sənədinin icrasının təmin etməli olduğundan təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan BMW M5 minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-61/2019 saylı 25.02.2019-cu tarixli icra sənədi üzrə borc həddində həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №8(001)-265/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-265/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver