Məhkəmə qərarları › İş №8(001)-270/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-270/2023

11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-270/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X4, Borclu iştirakları ilə, Borclu məxsus əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X4 təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8253/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(001)-1735/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə Borclu məxsus əmlakların üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8253/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu 1518 manat 82 qəpik tutularaq Tələbkar1 MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qərarının icrası məqsədi ilə borcluya məxsus “Mersedes 260 E” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Məhkəmə əmri üzrə borc ödənilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8253/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrasına xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1735/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar2 Rəfail qızına ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes E350” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 260 E” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 405/2022 saylı və xx.xx.2022-ci il tarixli, 8(001)-820/2022 saylı qərardadları ilə həbs qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında məhkəməyə bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-8253/2018 saylı icra sənədi üzrə borc tam ödənildiyindən icraata xitam verilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1735/2019 saylı icra sənədi üzrə isə 2023-cü ilin aprel ayına borclunun borcu yoxdur. O, 960 manat məbləğində sonuncu ödənişini (2023-cü ilin yanvar, fevral və mart ayları üçün) xx.xx.2023-cü il tarixdə icra etmişdir. Belə olan halda avtomobillər üzərinə qoyulmuş həbs götürülməlidir. Eyni zamanda onun tərəfindən Türkiyədə yaşayan Tələbkar2 ilə də əlaqə saxlanılmış və o, avtomobillər üzərinə qoyulmuş həbsin götürülməsinə etirazının olmamasını bildirmişdir. Tələbkar razılığını icra şöbəsində bildirmək üçün rəfiqəsi X3 mobil notariat vasitəsilə etibarnamə vermiş və həmin şəxs şöbəyə gəlib müvafiq ərizəni yazmışdır. Məhkəmə iclasında iştirak edən Borclu 2(001)-8253/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(001)-1735/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə heç bir borcu olmadığını bildirdi, ona məxsus avtomaşınların üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-8253/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. İş materiallarında olan icra məmuru Kamran Mirzəyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1735/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu 2023-cü ilin aprel ayınadək aliment borcunun olmadığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinin məzmunundan göründüyü kimi, əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Hal-hazırda isə icra məmurunun icraatında icra edilməmiş icra sənədi mövcud deyil və borclunun hazırkı vəziyyətdə tələbkar(lar)a icra edilməmiş borcunun olması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 405/2022 saylı və xx.xx.2022-ci il tarixli və 8(001)-820/2022 saylı qərardadları ilə Borclu məxsus “Mercedes E350” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 260 E” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-409/2019 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 405/2022 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-820/2022 saylı qərardadları ilə Borclu məxsus “Mercedes E350” minik markalı, **- LX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 260E” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar