Məhkəmə qərarları › İş №8(001)-275/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-275/2024

27.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-275/2024 27.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdim: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 926.8 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Toyota Camry” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Hazırda Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi üzrə Tələbkar MMC xx.xx.2024-cü il tarixl ərizə ilə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixli qərarla icraata xitam verilmişdir. Odur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Toyota Camry” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna, borcluya və tələbkara məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən icra sənədi üzrə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “Toyota Camry” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Tələbkar MMC-nin Binəqədi rayon icra şöbəsinə yazdığı ərizələrin surətlərindən görünür ki, Borclu tərəfindən borc tam ödənildiyindən “İcra haqqında” Qanunun 20.1.5-ci madəsinin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra sənədləri üzrə icraata xitam verilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 45.6cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən,icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə borc tam ödənildiyindən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “Toyota Camry” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Binəqədi rayon icra şöbəsinə tapşırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar