Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-294/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə təqtimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən icraata qəbul edilmişdir, icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Tələbin dərhal təmin edilməsi barədə Borclu xx.xx.2024-cü il tarixdə bildiriş və qərar verilmişdir. xx.xx.2024-cü il tarixdə Tələbkar ərizə ilə İcra şöbəsinə müraciət edərək Borclu aliment almaqdan imtina etdiyini və ona qarşı heç bir aliment tələbi olmadığını bildirərək icra sənədinin icraatına xitam verilməsi üçün tədbir görülməsini xahiş emişdir. Məhkəmə iclasında iştirak edən Borclu Tələbkar ilə öz aralarında razılığa gəldiklərini bildirərək icra sənədinin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə tələbkrar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, borclunun izahatını dinləyərək, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya tələbin dərhal icra edilməsi barədə bildiriş 12.01. 2024-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Tələbkar icra sənədinin icraatına xitam verilməsi üçün tədbirlərin görülməsi barədə ərizəsindən görünür ki, onun Borclu qarşı heç bir aliment tələbi və iddiası yoxdur, aliment tələbindən imtina edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. İş materiallarından da görünür ki, Tələbkar aliment tələbindən imtina etmiş, tələbkarın imtinasının qəbul edilməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı qanuni əsas mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, tələbkarın tələbdən imtinası qəbul edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-773/2024 saylı icra sənədi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tələbkar tələbdən imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-773/2024 saylı icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-294/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-294/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver