Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-297/2023 31.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, X1 “qarajın kirayə haqqının ödənişi hərəkətinin davam etdirilməsi və Borclu MTKdan 78 aya görə 7800 manat vəsainin ödənilməmiş 44 ayı üçün 4400 manat ödənilməsinin təmin edilməsi” barədə şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 “qarajın kirayə haqqının ödənişi hərəkətinin davam etdirilməsi və Borclu MTK-dan 78 aya görə 7800 manat vəsainin ödənilməmiş 44 ayı üçün 4400 manat ödənilməsinin təmin edilməsi” barədə şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu MTK xx.xx.2016-cı il tarixdə ərazidə çoxmərtəbəli bina tikmək ücün aidiyyati təşkilatlardan sənədlər toplayaraq ərazini hasara almiş və inşaat işlərinə başlamışdir. Həmin gündən tələbkara məxsus Əmlak Komitəsində qeydiyatdan keçmiş qarajı zəbt etmiş və onda yeməkxana kimi istifadə etmiş və tələbkarı əraziyə buraxmamişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ekspertiza rəylərini nəzərə alaraq qarajdan istifadə ücün ayda 100 manat kirayə haqqi təyin edərək 34 ay ücün 3400 manat qarajdan istifadə ücün kirayə haqqi ödəmə haqqında qətnamə çıxarmış və göstərilən məbləq Borclu MTK tərəfindən ödənilmişdir. Lakin xx.xx.2016-xx.xx.2023-cü il tarixə kimi 78 ay yaxud 7800 manat kirayə haqqi hesablanmalıdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayətin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmi, iddiaçı X5 məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj cavabdeh Borclu MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı X5 təhvil verilməsi və 3400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Borclu MTK-dan tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Hal-hazırda X3 haqqı olaraq ona əlavə 4400 manat məbləğində pulun ödənilməsini tələb etdiyi halda, bu barədə şikayətlə deyil, yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, X1 “qarajın kirayə haqqının ödənişi hərəkətinin davam etdirilməsi və Borclu MTK-dan 78 aya görə 7800 manat vəsainin ödənilməmiş 44 ayı üçün 4400 manat ödənilməsinin təmin edilməsi” barədə şikayətinin qəbul edilməsindən imtina edilməli və tələbkara izah edilməlidir ki, həmin tələblə məhkəməyə iddia icraatı qaydasında müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 “qarajın kirayə haqqının ödənişi hərəkətinin davam etdirilməsi və Borclu MTK-dan 78 aya görə 7800 manat vəsainin ödənilməmiş 44 ayı üçün 4400 manat ödənilməsinin təmin edilməsi” barədə şikayətinin qəbul edilməsindən imtina edilsin. Tələbkara izah edilir ki, həmin tələblə məhkəməyə iddia icraatı qaydasında müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-297/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-297/2023
31.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver