Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-323/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin 03 may 2023-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X1 şikayətlə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1727/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu Aslan Aslanbəylinin «icraata xitam verilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1727/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********9 saylı əmrin ləğv edilməsi, onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Ümumi»şöbəsinin mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ tərəfindən ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün borclunun faktiki fəaliyyət göstərdiyi, olduğu yer üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İş icra olunması üçün icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu Aslan Aslanbəylinin icraatına verilmişdir. İcra məmuru ilə dəfələrlə danışıqlar əsasında icra sənədinin tam icra edilmədiyi bildirilsə də, qanunsuz və əsassız olaraq, razılıq ərizələri olmadan onunla razılaşdırılmadan və işin həqiqətən də tam icra olunduğunu araşdırmadan yalnız borclu olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ tərəfindən tələbin təmin olunduğu barədə xx.xx.2023-cü il tarixli məktubu əsasında «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5 və 20.2-ci maddələrini əsas götürərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı xx.xx.2021-ci il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi haqqında əsassız olaraq xx.xx.2023-cü il tarixdə qərar çıxarılmışdır. Dəfələrlə icra məmuruna bildirilmişdir ki, icra sənədi qismən, yəni işə bərpa hissəsində icra olunsa da buraxılmış müddət üçün hesablanmış əmək haqqı tam olaraq ödənilməmişdir. Lakin buna baxmayaraq icra məmuru əsassız və qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda bugünə kimi də icra sənədi tam olaraq icra edilməmişdir. Borclu tələbkara ümumilikdə 30 aya(əmək haqqı 1000 manat olmaqla) münasibətdə 30x853=25590 manat ödəməli idi. Lakin ona həmin dövrlər üçün borclu tərəfindən cəmi 13858 manat əmək haqqı ödəmişdir. Belə olan halda borclu ona 25590-13858=11732 manat əmək haqqı ödənilməmişdir. Eyni zamanda da həmin dövrlər üçün məzuniyyət, əlavə mükafatlar və s. ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, habelə icra işini araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi əsasında 22 dekabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********9 saylı əmri ləğv edilməli, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Ümumi»şöbəsinin mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X4 məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ tərəfindən ödənilməlidir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən 19 yanvar 2022-ci il tarixdə qəbul edilmiş “icraata başlamaq haqqında” qərardan və bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış 06 yanvar 2023-cü il tarixli **********2 №-li məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı icra sənədi tam icra edilmişdir. İcra sənədi üzrə tələbin «cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli **********9 saylı əmrinin ləğv edilməsi» hissəsinin icrası təmin edilərək, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədrinin müavini E.Səfərli tərəfindən sözügedən əmrin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4 saylı əmr verilmişdir. 2. İcra sənədi üzrə tələbin «iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin «Ümumi»şöbəsinin mütəxəssis vəzifəsinə işə bərpa edilməsi» hissəsinin icrası təmin edilərək, 15 yanvar 2021-ci il tarixdə Observatoriyanın yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar N.Bəhmənlinin işlədiyi ştat vahidi ləğv edildiyindən, öz yazılı razılığı ilə təlbkar qurumun İdarə Heyəti sədrinin müavini E.Səfərlinin xx.xx.2022-ci il tarixli ********** saylı «qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi məqsədi ilə X2 müvafiq vəzifəyə təyin edilməsi haqqında» əmrinə əsasən analoji vəzifəyə-qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin informasiya əlaqələndiricisi vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlamış, bununla bağlı bütün digər sənədləşmə işləri aparılmış və əmək funksiyalarının icrasına başlamışdır. 3. İcra sənədi üzrə tələbin «İddiaçı X4 məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Əmək Bazarı və Sosial Müdafiəsi Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən ödənilməsi» hissəsinin icrası da təmin edilərək tələbkara cəmi 3693,43 manat məbləğində məcburi iş buraxma müddəti üçün əmək haqqı və bununla bağlı məcburi dövlət ödənişləri aidiyyəti üzrə ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadından görünür ki, X3 şikayəti qismən təmin edilmiş`,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı 26 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsi və qətnaməyə izah verilməsi barədə iddiaçı X3 ərizəsi təmin edilməməsi, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyini tərəflər və icra məmurunun nəzərə alması qərara alınmışdır. Həmin qərardadın əsaslandırma hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə (məcburi iş buraxma müddətində) qeyd olunan vəzifə üzrə əmək haqqının məbləği artırılmamış yaxud azalmamış olsun. Əmək haqqı cədvəli Çıxarışlarından görünür ki, X3 2020-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək əmək haqqı 500 manat təşkil etmiş və həmin dövrə ödəniləcək məbləğ 3693,43 manat məbləğində müəyyən edilmişdir. X3 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərinə hesablanmış əmək haqqı fondundan görünür ki, həmin dövrlərə ödəniləcək əmək haqqı 8845,02 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» PHŞ-nin Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadındakı istinad olunan göstərişlərə müvafiq olaraq tərəflərindən tələbkarla yenidən haqq-hesab aparılmış, onun məcburi işburaxma müddəti üzrə əmək haqları və digər ödənişləri yenidən hesablanaraq Milli Observatoriyada xx.xx.2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək işlədiyi dövrdə aldığı əmək haqqı məbləği əsasında əvvəlki işlədiyi ştatın ixtisar edildiyi tarixdən məhkəmə qətnaməsinin icrası qaydasında işə bərpa olunduğu tarixədək olan dövr üzrə cəmi 8845 manat məbləğində əmək haqları və bununla bağlı məcburi dövlət ödənişləri də təqdim etdiyi şəxsi bank və hesablaşma hesabına ödənilmişdir. Bununla da tərəflərindən N.Bəhmənliyə məcburi iş buraxma müddəti üzrə əmək haqqı qismində müvafiq məcburi dövlət ödənişləri tutulmaqla ümumilikdə cəmi 12.538,45 manat məbləğində vəsait ödənilmiş və qurumun tələbkara icra sənədi üzrə heç bir borcu qalmamışdır. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadındakı istinad olunan göstərişlər nəzərə alınaraq tələbkar N.Bəhmənlinin əmək kitabçasına onun əvvəlki işlədiyi ştat vahidinin ixtisar olunduğu tarixdən məhkəmə qətnaməsinin icrası qaydasında işə bərpa olunduğu tarixədək olan dövrün əmək stajına daxil edilməsi istiqamətində müvafiq qeydlər də aparılmışdır. Beləliklə Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı icra sənədi üzrə bütün tələblər tam icra olunmuşdur. Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata- məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; icra sənədi tam icra olunduqda xitam verilir. 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi tam şəkildə icra edilmişdir. Tələbkarın hal-hazırda şikayətlə məhkəməyə müraciət edərək, ona məcburi əmək haqqının tam olaraq ödənilmədiyini, əmək haqqının 1000 manat məbləğində müəyyən edilərək, ödənilməli olmasını bildirmiş olsa da, məhkəmə qeyd edir ki, tələbkarın xx.xx.2020-ci il tarixədək, yəni əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı 500 manat təşkil etdiyindən,məcburi iş buraxmaya görə də əmək haqqı da Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2464/2023 saylı qərardadında qeyd edilənlərə uyğun olaraq, həmin məbləğə uyğun olaraq hesablanıb, tələbkara ödənilmişdir. Belə olan halda icra məmuru haqlı olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam vermişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin 03 may 2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-323/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-323/2025
19.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver