Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-327/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(0010-7961/2014 saylı qətnaməsi ilə tutulan pul vəsaitinin indeksasiya edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-7961/2014 saylı qətnaməsinə əsasən cavabdeh X6 93750 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, X4 ödənilməsi qət edilmişdir . Hazırda tələbkar X5 ərizə ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-7961/2014 saylı qətnaməsi ilə tutulan pul məbləğinin indeksasiyası edilməsini xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-7961/2014 saylı qətnaməsi ilə ödənilməli olan 93750 manat məbləğində pul vəsaiti və Nəsimi Rayon Məhkəməsinin 2(006)-1986/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 10000 manat məbləğində pul vəsaiti 2017-ci ildə 27,1 faiz indeksasiya olunaraq, X6 119,156 manat və 11170 manat məbləğində müəyyən edilmişdir. Amma o dövrdən 8 il ötdüyü üçün onun pul vəsaitinin dəyəri xeyli itmişdir. Hal-hazırda X8 vəfat etmiş, onun oğlu Borclu faktiki varis kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci ildə, 2(001)-4390/2022 saylı qətnaməsi tanınmışdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə tutulan məbləğin indeksasiyası barədə ərizəsinin təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, indeksasiyada olan marağı həmin evi almaqdır. Belə ki, çox əvvəldən oğluna ev almaq niyyətində olub. Hazırda evlərin də, qiyməti çox qalxıb. Əvvəlki məhkəmə iclaslarında iştirak edən tələbkar izahatında bildirmişdir ki, X8 “Loğman” tibb mərkəzinin direktoru idi. Onlarla ailəvi münsaibətləri olmuşdur. Yoldaşı yaxın münasibətləri olduğu üçün onlara maddi cəhətdən köməklik etdi. Hətta 6 ay ərzində qaytaracaqlarını bildirmişdilər, lakin bu öhdəliklərinə əməl etmədilər. Bunun nəticəsində hazırki vəziyyət yaranmışdır. X8 2021-ci il tarixdə vəfat edib, Borclu mirası faktiki olaraq qəbul edib. İlk dəfə indeksasiya olunanda bildirdilər ki, yaşayış yeri var. Ancaq öləndən sonra tələb evə yönəldilə bilər. Hazırda 1 otaqlı evlərin qiyməti artıq 100000 manatdır. Bu ev 3 otaqlıdır. Həmin vaxtdan 14 il keçib və qiymətlər çox qalxıb. Həmin evi götürmək istəyir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasında tədiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-7961/2014 saylı qətnaməsinə əsasən cavabdeh X6 93750 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, X4 ödənilməsi qət edilmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1425/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7961/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X3 xeyrinə cavabdeh X6 tutulmalı olan 93750 manat məbləğində pul vəsaitinin indeksasiyası aparılaraq, 119156 manat məbləğində pul vəsaiti cavabdeh X6 tutularaq, X4 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4390/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Borclu mərhum anası X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən 37A saylı evin 16 saylı mənzilinin faktiki qəbul etməsi faktı müəyyən olunması və s. qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X8 11 iyul 2021-ci il tarixində ölmüşdür. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7961/2014 saylı, xx.xx.2014-cü il, Binəqədi Rayon Məhkəməsinin 2(006)-1986/2016 saylı, xx.xx.2016-cı il, Nəsimi Rayon Məhkəməsinin 8(006)-1336/2016 saylı, xx.xx.2016-cı il və Binəqədi Rayon Məhkəməsinin 2(0010-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu X2 Davud Nicat oğlu ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilən icra işinin materiallarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7961/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xx.xx.2018-ci il tarixində icraata başlanılmış, xx.xx.2022-ci il tarixində isə borclu fiziki şəxsin hüquqi varisinin müəyyən edilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda istehlak qiymətləri indeksinin 2025-ci ilin aprel ayında 2017-ci ilin iyun ayına nisbətən 154,5 faiz təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Prosessual qanunvericiliyin təsbit etdiyi ödənilməli pul məbləğinin indeksasiyası məhkəmə qətnaməsinə əsasən tutulmalı olan məbləğin istehlak qiymətləri indeksinin artım səviyyəsinə mütənasib olaraq tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya prosesinin təsirlərindən qorumaq məqsədilə tətbiq edilən tədbirdir. Hansı ki, Azərbaycan Respublikasında istehlak mallarının qiymətlərinin və pullu xidmətlərin tariflərinin (bundan sonra istehlak qiymətləri adlanacaqdır) ildən ilə artması hamıya məlumdur. Bu barədə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” AR-nın 1992-ci il tarixli qanunu mövcuddur. Həmin qanunun 1-ci maddəsində qeyd edilmişdir ki, İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 2-ci maddəsində isə qeyd edilmişdir ki, Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Azərbaycan Respublikasl Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair 17 iyun 2025-ci il tarixli qərarında göstərilir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. İşin hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1425/2017 saylı qərardadı ilə ilk dəfə xx.xx.2017-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7961/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan 93750 manat məbləğində pul vəsaiti 119153 manat məbləğində indeksasiya edilmişdir. Həmin tarixdən etibarən isə icra sənədinin icrası ilə bağlı tədbir görülməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, istehlak qiymətləri indeksi 2025-ci ilin aprel ayında 2017-ci ilin iyun ayına nisbətən 154,5 faiz təşkil etdiyindən, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(0010-7961/2014 saylı qətnaməsi ilə iddiaçının xeyrinə tutulan pulun xx.xx.2017-ci il tarixində indeksasiya edildiyi 93750 manat məbləğində pulun cari dəyəri artmş, hazırda qətnamə ilə tutulmalı olan 93750 manat məbləğində pul məbləğin cari dəyəri(ekvivalenti) xx.xx.2017-ci il tarixindən artmaqla 144843,75(93750x 154.5%) manat təşkil edir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7961/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası təmin edilmədiyindən indeksasiya zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1425/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə indeksasiya məbləği ( 25406 manat) nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(0010-7961/2014 saylı qətnaməsi ilə iddiaçının xeyrinə tutulmalı olan 93750 manat pul vəsaiti indeksasiya olunmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1425/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı nəzərə alınmaqla, 170249,75 manat məbləğində icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(0010-7961/2014 saylı qətnaməsi ilə iddiaçının xeyrinə tutulmalı olan 93750 manat pul vəsaiti indeksasiya olunaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1425/2017 saylı, xx.xx.2017ci il tarixli qərardadı nəzərə alınmaqla 170249,75 manat məbləğində icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad qanuni qüvvəsini aldıqdan sonra icra edilsin. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-327/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-327/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver