Məhkəmə qərarları › İş №8(001)-332/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-332/2023

15.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-332/2023 15.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, xx.xx.2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş “Nissan Tida” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixə müəyyən edilmiş real dəyərinin A hissəsi, yəni 5.000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdeh X3 alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bu qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bakı şəhəri 15 saylı Xüsusi Notarisunda “kargüzar” vəzifəsində çalışdığından borc məbləğindən tutmalar işlədiyi notariat ofisi tərəfindən təmin edilməklə bərabər bu günədək qətnamədə göstərilən məbləğdən 3.847 manat artıq tərəfindən ödənilmişdir. Lakin, işəgötürənin lisenziyasının müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” tərəflərin iradəsindən asılı olmayan səbəblərdən əmək müqaviləmə xitam verilmişdir. Qətnamədə qət edilmiş məbləğin bir hissəsinin məhz əmək haqqından tutma hesabına təmin olunduğunu nəzərə alaraq hazırda qətnamənin hissə-hissə icra olunması zərurəti yaranmışdır. Çünki, faktiki olaraq öhdəsində əmək qabiliyyətsiz atası və anası vardır. Eyni zamanda əmək müqaviləsinə xitam verildiyindən bu məbləğin tam ödənilməsi imkanından məhrumdur. Borclu məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, ünvan 1, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 5000 (beş min) manat pul vəsaitinin ödənilməmiş hissəsinin (Qeyd. xx.xx.2023-cü ilə olan borc məbləği 982 AZN) hissə-hissə ödənilməsi ilə bağlı verdiyi iddia ərizəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə prosesində səhhəti ilə əlaqədar (qrip olduğu üçün) iştirak edə bilmir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi ərizəyə etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi. O, icra sənədinin hissə-hissə icra edilməsinə razı deyil. Belə ki, borclu qəsdən işi uzatmaq məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclunun cəmi 982 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, əmək müqaviləsinə xitam veriləsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 işəgötürən X7 ilə əmək müqaviləsinə (AR Əmək Məcəlləsinin 68.2.d – tərəflərin iradəsindən asılı olmayan hallara görə) xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş “Nissan Tida” markalı, **-MP-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2019-cu il tarixə müəyyən edilmiş real dəyərinin 1/2 hissəsi, yəni 5.000 (beş min) manat məbləğində pul vəsaiti cavabdeh X3 alınaraq iddiaçı Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olunmuşdur. İcraata başlamaq haqqında qərar və icra sənədinin surəti borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borcluya məxsus əmlakın, pul vəsaitinin və qiymətli kağızın aşkar edilməsi məqsədi iiə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adma heç bir qiymətli əmlak aşkar edilməmiş, X5 yanında fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə borclunun əmək haqqına yönəldilmə edilmişdir. Borclunun əmək haqqından tutulmalarla yanaşı, tələbkarın hesabına şəxsən cəmi 4018 manat ödəniş etmiş, 982 manat borcu qalmışdır. Hazırda icra sənədi nəzarətdədir və onun icrası istiqamətində qanunamüvafiq tədbirlər görülür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, borclu maddi imkanının və valideynlərinin onun himayəsində olmasının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən borclu ilə yanaşı, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Hazırda da tələbkar ərizəyə etiraz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi əsassız hesab edilməli və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar