Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-338/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 8(001)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus “Ford Mustang” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6986/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 220,9 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Ford Mustang” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-123/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6986/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında Borclu icra sənədi üzrə borcu tam şəkildə ödədiyi üçün təqdimatın təmin edilərək, ona məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. İcra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, təqdimata iştirakları olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmiş, icra məmuru isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 8(001)-123/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş Borclu məxsus “Ford Mustang” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 6986/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu cəmi 220,90 manat məbləğində pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu məxsus “Ford Mustang” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar MMC tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış 06 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-6986/2022 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2023-cü il tarixdə borcunu tam olaraq bağladığından, icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6986/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələb təmin edildiyindən iş üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu məxsus “Ford Mustang” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Binəqədi Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-338/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-338/2023
27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver