Məhkəmə qərarları › İş №8(001)-343/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-343/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-343/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-555/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-555/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 15625.53 manat məbləğində pul vəsaiti və 140 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-555/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 15625.53 manat məbləğində pul vəsaiti və 140 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya qərar və bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən dkönüllü qaydada təmin edilməmişdir və qərəzli olaraq borcu ödəməkdən yayınmışdır. Borclu elektron icra sistemində adına bank hesabları aşkar edilməmişdir. Elektron icra sistemindən görünür ki, Borclu mülkiyyətində “X2” minik markalı, **-LJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində “X2” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və borcun avtomobilə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimat vermiş icra məmuruna və borcluya məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş “Elektron icra” Sistemindən olan çıxarışdan görünür ki, Borclu adına “X2” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Həmin Qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən bu tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1)icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə təqdimatda həbs qoyulması xahiş edilən avtomobillərin borcun məbləği ilə mütənasibliyini, habelə qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq belə hesab edir ki, Binəqədi rayon icra şöbəsinin icra məmurunun təqdimatı qismən təmin olunmalı, Borclu məxsus “X2” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Belə ki, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduqdan sonra icra ilə bağlı digər hərəkətlərin yerinə yetirilməsi icra qanunvericiliyinin tələblərinə əsasən icra məmurunun vəzifələrinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-555/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası zamanı Borclu məxsus “X2” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrininin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar