Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-350/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir . Təqdimat onunla əsaslandırılmışdır ki, qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində göstərilən tələbin könüllü icrası tələb edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmiş, 2025-ci ilin yanvar ayına kimi 13300 manat aliment borcu yaranmışdır. Tərəflərindən borclunun əmlak vəziyyəti yoxlanılmış, “Elektron İcra İnformasiya” sistemində olan məlumata əsasən Borclu məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, nikahın pozulmasından və ondan aliment tutulmasından məlumatsız olmuşdur. Belə ki, tələbkar ilə 2019-cu ildə işləmək adı altında Türkiyəyə getmişlər, 2023-cü ildə isə özü ordan qayıtmışdır. Hətta burda bir müddət birlikdə yaşamışlar. Bu ilin yanvar ayından icra məmurunun ona məlumat verməsi ilə aliment ödəməyə başlamışdır. O vaxta kimi ümumiyyətlə alimentdən və borc kimi yığılmasından məlumatı olmamışdır. Məlumatlı olmuş olsaydı, mütləq ki, ödənişlər edərdi və bu qədər borcu yığılmazdı. Uşaqlardan ayrı olduğu müddətdə mütəmadi olaraq, yəni aylıq ödəniş şəklində tələbkara hər hansı vəsait göndərməmişdir. Hazırda ölkədən çıxışına məhdudiyyət qoyulmasına hər hansı etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, Türkiyəyə getməkdə məqsədləri işləmək olsa da, sonradan ona məlum olmuşdur ki, borclunun qumar borcu var. Hətta dostu həmin borca görə tutulub. Vəkili borcluya bir neçə dəfə nikahın pozulması və aliment barədə məlumat versə də, borclu onunla telefonda təhqiramiz formada danışmışdır. 2021-ci ildən faktiki olaraq ayrıdırlar, 2022-ci ildə isə nikahların rəsmi olaraq pozulub. Uşaqları ilə Türkiyədən 2024-cü ilin aprelində gəliblər. Uşaqlar yay aylarını ata nənələri gildə keçiriblər. Sentyabrdan isə dərsləri başladığından, onun himayəsindədirlər. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 84-1.2-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Həmin təlimatın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: icra məmuru tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli qərara əsasən icraata başlanılmış, bildiriş və qərarın surəti xx.xx.2025-ci il tarixində borcluya rəsmi qaydada təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən Borclu xx.xx.2022-ci il tarixli məktublar icra sənədi üzrə tələbi təmin edilməsi barədə məlumat verilmiş əks təqdirdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyət daha sonra isə CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə təqdimat əsaslıdır və təmin edilməlidir. Digər tərəfdən borclu izahatının alındığı tarixdən keçən 1 ay müddət ərzində də ödəniş etməmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-350/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-350/2025
24.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver