Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-373/2025 13.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu adına olan “VAZ-2106” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Xəqani Əliyev təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Binəqədİ Rayon Məhkəməsinin 8(001)-609/2023 nömrəli, 18 07.2023-cü il tarixli qərardadına əsasən Borclu adına aşkar olunmuş “VAZ-2106” minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-425/2023 nömrəli, xx.xx.2023-cüil tarixli icra sənədi üzrə Borclu 3252,40 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ-2106” minik markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı Şəhəri Binəqədİ Rayon Məhkəməsinin 8(001)-609/2023 nömrəli, 18 07.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəməyə geri qaytarılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün saymışdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, “VAZ 21074” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 1700 manat və X1 aldığı az-ağır dərəcəli bədən xəsarətlərinə görə isə ödənilmiş 1500 manat olmaqla, cəmi 3200 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52,4 manat məbləğində pul vəsaiti Borclu tutularaq Tələbkar Sığorta Şirkəti ASC-yə ödənilsin. Bakı Şəhəri Binəqədİ Rayon Məhkəməsinin 8(001)-609/2023 nömrəli, 18 07.2023-cü il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(001)-425/2023 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus «VAZ-2106» minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, təqdimat qalan hissədə təmin edilməmə və qərardadın icrasının Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Tələbkar ASC-nin Binəqədi Rayon İcra Şöbəsinə ünvanlandığı 02 dekabr 2024-cü il tarixli, 2492 nömrəli məktubundan görünür ki, icra sənədini “İcra Haqqında” Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon icra şöbəsinin icra məmuru Xəqani Əliyevin xx.xx.2024cü il tarixli qərarı ilə “İcra Haqqında” Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə geri qaytarılmışdır. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1 və 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. - 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. - 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə, məhkəmə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-425/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi Tələbkar sığorta tərəfindən geri qaytarılması xahiş edildiyini, eləcə də Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra sənədi geri qaytarıldığını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu adına olan “VAZ-2106” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs (qadağa) götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 8(001)-609/2023 saylı qərardadı ilə Borclu məxsus “VAZ-2106” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobiln üzərinə qoyulmuş həbs (qadağa) götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-373/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-373/2025
13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver