Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-384/2025 30.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil, Borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ şəxsin nümayəndəsi X3, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 iştirakı ilə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1731/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından tələbkar X6 tərəfindən verilən şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı icra sənədinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin X4 işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X7 xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata xitam vermişdir. Həmin qərarda qeyd edilmişdir ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Belə ki, borclu publik hüquqi şəxsin şöbəyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda iş üzrə tələbkarın xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu bildirilmişdir. Həmçinin məktuba iş üzrə tələbkara məcburi işburaxmaya görə ümumilikdə ödənilən 40546.75 manat pul vəsaiti ilə bağlı ödəniş tapşırıqları və əmək haqqının hesablanmasına dair sənədlər və hesabatlar əlavə edilmişdir. Hazırda tələbkar icra məmurunun icra sənədi üzrə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsini xahiş edir. Şikayətini isə belə əsaslandırır: Yasamal rayon icra şöbəsinin icra məmuru B.Babayevin icraatında olan Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1731/2021 saylı icra sənədinə əsasən aşağıdakı tələblər müəyyən edilmişdir: 1. "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin X4 işdən azad edilməsi ilə bağlı olan 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmri ləğv edilsin. 2. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X6 həmin qurumda "Əmək bazarının proqnozlaşdırılması" şöbəsinin müdiri vəzifəsinə bərpa edilsin. Belə ki, icra sənədi üzrə göstərilən tələblərin heç biri borclu tərəfindən bu günə kimi tam və icra sənədində müəyyən edilmiş icra üsuluna və icra qaydasına riayət olunmaqla icra olunmamışdır. 1-ci tələblə bağlı (qanunsuz əmrin ləğvi) bildiririk ki, 30 iyun 2020-ci il tarixli müvafiq qanunsuz əmrin ləğvi ilə bağlı kağız daşıyıcıda əmr verilsə də, bununla bağlı tələbkarın əmək kitabçasında hər hansı qeyd aparılmamış, həmçinin müvafiq elektrin informasiya sistemində (ƏMAS-da) da bununla bağlı hər hansı bildiriş daxil edilməmişdir. Başqa sözlə borclu tərəfindən işçinin qanunsuz olaraq işdən çıxarılması ilə bağlı müvafiq əmrin qüvvədən düşməsi formal olaraq bəyan edilmiş, həmin əmrin ləğvi və hüquqi nəticələrinin aradan qaldırılması istiqamətində əmək qanunvericiyində nəzərdə tutulmuş heç bir praktiki və real tədbir görülməmişdir. Məlumat üçün bildiririk ki, 30 iyun 2020-ci il tarixli əmrin ləğv edilməsi barədə əmrdə onun ləğvi formal olaraq bəyan edilsə də həmin əmr əmək münasibətlərinin rəsmiləşdirilməsi və uçotu üzrə müvafiq dövlət informasiya ehtiyatlarında hal-hazırda da qüvvədədir.Halbuki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X2 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Belə ki, onun qanunsuz olaraq işdən azad edilməyi ilə bağlı borclunun icra sənədində ləğv edilməsi qət edilmiş 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmri və əmək müqaviləsi bildirişi faktiki olaraq hələ də müvafiq X2 qüvvədədir, Başqa sözlə, istinad olunan əmək qanunvericiliyi normalarından göründüyü kimi işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaradılması, dəyişdirilməsi və s. hərəkətlər məhz müvafiq X2 qeydə alındıqdan sonra qüvvəyə mindiyindən sözügedən əmrin ləğvi barədə əmr üzrə həmin elektron informasiya sisteminə müvafiq bildiriş daxil edildikdən sonra bu əmr ləğv edilmiş hesab oluna bilərdi. Odur ki, borclu işçinin işdən çıxarılması barədə əmrin ləğvini kağız daşıyıcıda formal olaraq bəyan etsə də bu bəyan sözügedən əmrin ləğvi üçün kifayət deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın: 1.1-ci bəndində göstərilmişdir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.4-cü bəndində göstərilmişdir ki, əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Belə ki, borclu tərəfindən tələbkarın əmək kitabçasında 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmrin və həmin əmr əsasında kitabçada aparılmış qeydin ləğvi ilə bağlı hər hansı qeydlər aparmamışdır. Başqa sözlə, borclu icra sənədində ləğvi tələb olunan əmrin ləğv edilməsi və bununla bağlı hüquqi nəticələrin aradan qaldırılması istiqamətində heç bir əsaslı tədbir görməmiş, həmin əmrin yalnız ləğvini formal bəyan etməklə kifayətlənmiş, bununla da icra sənədinin bu tələbi icrasız qalmışdır. Halbuki, qanunsuz olaraq işdən çıxarılmış işçinin işə bərpası onun əmək hüquqlarının tam həcmdə bərpasını, əvvəlki iqtisadi mövqeyinin, sosial hüquqlarının bərpasını nəzərdə tutur. Hazırki vəziyyətdə isə tələbkarın əmək kitabçasında və müvafiq dövlət informasiya ehtiyatlarında onun qanunsuz olaraq işdən çıxarıldığı tarixdən sonrakı, işəgötürənin qanunsuz hərəkətləri nəticəsində işsiz qaldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi, onun əmək stajının bərpası, habelə onun qanunsuz olaraq işdən çıxarılması barədə müvafiq əmr əsasında əmək kitabçasında aparılmış qeydlərin etibarsız hesab edilməsi və bununla bağlı yeni qeydlərin aparılması istiqamətində heç bir tədbir həyata keçirilməmişdir. Başqa sözlə, tələbkarın nə əmək kitabçasından, nə də müvafiq dövlət informasiya ehtiyatlarındakı (ƏMAS) şəxsi elektron kabinetindəki məlumatlarından, qeydə alınmış əmək müqaviləsi bildirişlərindən onun qanunsuz olaraq işdən çıxarılması faktını müəyyən etmək mümkün deyil. İcra sənədində tələbkarın məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin qurumda "Əmək bazarının proqnozlaşdırılması" şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi qət edilsə də, bu tələb də icra sənədində müəyyən edilmiş icra üsul və qaydasına, habelə əmək qanunvericiliyinin tələblərinə zidd icra olunmuşdur. Göründüyü kimi, icra sənədində tələbkarla yeni əmək müqaviləsi bağlanmasına dair hər hansı bir göstəriş mövcud deyil. Belə olan təqdirdə işçinin onunla yeni əmək müqaviləsi bağlanması formasında işə bərpa edilməsi icra sənədi üzrə tələbin onun özündə müəyyən edilmiş icra üsul və qaydasına da zidd olmuşdur. Bu üsulla tələbkarın yeni işə qəbul edilən işçi kimi işlə təmin edilməsi (halbuki qanunsuz olaraq işdən çıxarıldığı şöbə ilə eyni funksiyalara malik şöbəyə təyin edilmişdir) onun müvafiq X2 əvvəlki stajının məcburi işburaxma dövrünün "itməsi" ilə nəticələnir və hal-hazırda tələbkarın məcburi işburaxma dövrü üzrə əmək stajı ƏMAS-da görünmür. Belə ki, işəgötürən yuxarıda qeyd olunduğu kimi 30 iyun 2020-ci il tarixli, **********2 nömrəli əmrin ləğvi ilə bağlı əmr verməklə yanaşı, bununla bağlı ƏMAS-a daxil edilmiş bildirişi də qüvvədən salmalı, bununla da işçi ilə işəgötürən arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsi davam etməli, işçi işə bərpa olunarkən tərəflər arasında bağlanmış və yenidən qüvvəyə minmiş 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşma bağlanmalı, burada icra sənədinin icrası ilə bağlı dəyişiklik aparılmış şərtlər (əmək müqaviləsinin müddətsiz olması, təyin olunan yeni vəzifə, əmək haqqı məbləği və s.) öz əksini tapmalı idi. Həmçinin, işəgötürən icra sənədinin məcburi işburaxma müddəti üzrə əmək haqqı ödənişini də Binəqədi rayon məhkəməsinin həmin icra sənədi üzrə 2(001)-1731/2021 saylı xx.xx.2024-cü il tarixli izah Qərardadındakı göstərişlərə zidd olaraq Əmək Məcəlləsinin 154-cü maddəsində müəyyən edilmiş tərkib hissələrini ödəmədən, yəni qismən və natamam (əsaslı hissəsini ödəməkdən imtina etməklə) həyata keçirmişdir. Belə ki, İşəgötürən xx.xx.2020-ci il tarixdən tələbkarın işə bərpa olunduğu tarixədək ötən dövr üçün əmək haqqını məhz ştat cədvəlində bütün digər şöbə müdiri vəzifələri üçün müəyyən edilmiş və ƏMAS-a daxil edilmiş əmək haqqı məbləğlərində hesablayaraq ödəməli, bu zaman şöbə müdiri ştat vahidi üçün nəzərdə tutulmuş artımları nəzərə almalı idi. Borclu əsas gətirir ki, tələbkarın işlədiyi ştat vahidi 2021-ci ilin yanvarında ləğv edilmişdir, lakin bununla bağlı ƏMAS-a hər hansı bir bildiriş daxil edilməmişdir. Həmçinin, sual olunur ki, əgər tələbkarın işlədiyi ştat vahidi 2021-ci ilin yanvarından ləğv olunmuşdusa borclu 2021-ci ilin yanvarından sonrakı məcburi işburaxma məbləğlərini hansı ştat vahidinə və nəyə əsaslanaraq hesablamışdır. Odur ki, belə olan halda tərəflər arasında yeni əmək müqaviləsinin bağlanması yolu ilə İşçinin işə bərpa edilməsi birmənalı olaraq icra sənədində müəyyən edilmiş icra üsuluna zidd olmaqla işçinin pozulmuş əmək hüquqlarının bərpasına yox, pozulmuş formada konservləşdirilməsinə xidmət edir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-1731/2021 saylı xx.xx.2024-cü il tarixli (hakim İlkin Əliyev) Qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1731/2021 saylı qətnaməsinə izah verilməsinə dair iddiaçı X4 ərizəsinin qismən təmin edilməsi, qətnamənin nəticə hissəsində "işə bərpa" dedikdə, işçinin müddətsiz əmək müqaviləsi üzrə işə bərpa edilməsi kimi, "məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə" dedikdə, qanunsuz əmrin qəbul edildiyi tarixdən işçinin işə bərpa edildiyi günədək Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ödənilməli olan əmək haqqı kimi başa düşülməsi, ərizənin digər hissələrdə təmin edilməməsi qərara alınmışdır. Belə ki, borclu tərəfindən məcburi işburaxma dövrü üzrə Əmək Məcəlləsinin 154.1-ci maddəsində müəyyən edilmiş aşağıdakı ödənişlər aparılmamışdır: 1. Tələbkarın borcluda işlədiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqının müvafiq elektron informasiya sisteminə (ƏMAS) işəgötürən tərəfindən daxil edilmiş elektron bildirişdə göstərilmiş məbləğ üzrə 1800 (bir min səkkiz yüz) manat əsas götürülməklə hesablanaraq ödənilməmiş kəsr hissəsi (900x3=2700 manat) və həmin məbləğə münasibətdə sosial sığorta haqları; 2. Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1731/2021ci il tarixli Qərardadına müvafiq olaraq xx.xx.2020-ci il tarixli qanunsuz işdənçıxarma əmrinin qəbul edildiyi tarixdən iddiaçının Observatoriyada işə bərpa olunduğu xx.xx.2025ci il tarixədək əmək haqqlarının müvafiq elektron informasiya sisteminə (ƏMAS və ya ƏMBAS) işəgötürən tərəfindən daxil edilmiş onlayn elektron bildirişdə və ştat cədvəlində şöbə müdiri vəzifəsi (stat vahidi) üzrə göstərilmiş əmək haqqı məbləğinin (sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrlər üzrə 1800 manat, 2000 manat, 2700 manat, 3500 manat) hesablanaraq ödənilməmiş kəsr hissəsi və həmin məbləğə münasibətdə sosial sığorta haqları. 3. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası"nın 9-cu bəndinə müvafiq olaraq müəyyən edilmiş kollektiv mükafat məbləğlərinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddət üzrə şöbə müdiri ştat cədvəli üzrə kollektiv mükafatlar; 4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası"nın 12-ci bəndinə müvafiq olaraq hər təqvim ili üzrə növbəti əmək yətinə çıxdıqda ödənilməli olan bir aylıq vəzifə maaşı həcmində müavinətin (Əmək Məcəlləsinin 141-ci maddəsinə uyğun olaraq işçilərin əlavə sosialməişət şəraitinin yaradılması məqsədilə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir) 2021, 2022, 2023, 2024-cü iş illəri üzrə şöbə müdirinin əmək haqqı məbləğlərinə nəzərən hesablanan məbləğləri; 5. xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək məzuniyyəti haqlarının qeyd olunan dövrlər üzrə işəgötürən tərəfindən şöbə müdiri ştat vahidi üzrə ƏMAS-a daxil edilmiş bildirişdəki əmək haqqı məbləğlərinə nəzərən hesablanması və kəsr hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. Borclunun şikayətin dəlillərinə dair etirazı ondan ibarətdir ki, icraatınızda iddiaçı X4 cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya qarşı “qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi haqqında” şikayət ilə bağlı 8(001)-384/2025 saylı mülki iş vardır. İ.İsgəndərovun şikayəti əsasız olduğundan rədd olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)- 1731/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin X4 işdən azad edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli **********2 nömrəli əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İ.İsgəndərovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsində “Əmək bazarının proqnozlaşdırılması” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi qeyd edilmişdir. Bildiririk ki, xx.xx.2023-cü il tarixində xx.xx.2020-ci il tarixli **********2 nömrəli əmrin ləğv edilməsi ilə bağlı əmr verilmişdir. Bildirirk ki, 15 yanvar 2021-ci il tarixində Observatoriyanın yeni strukturu təsdiq edilmiş, təsdiq edilmiş sturkturda həmin department və şöbə ləğv olunduğundan müvafiq İcra sənədinin icrası ilə əlaqədar olaraq Observatoriya tərəfindən İ.İsgəndərova əvvəlki işinə bərabər əmək şərati şərtlərinə malik Əmək bazarı və Sosial Müdafiə sahəsi üzrə Tədqiqat departamentində Təhlil və tədqiqatlar şöbəsinin şöbə müdiri vəzifəsi təklif edilmiş və həmin vəzifə onun tərəfindən qəbul edilmişdir. İ.İsgəndərovla müddətsiz müqavilə bağlanılmış və o, Observatoriyanın 14 yanvar 2025-ci il tarixli 3-17- 6/3-4-11/2025 nömrəli əmri ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Təhlil və tədqiqatlar şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 14 yanvar 2025-ci il tarixindən İ.İsgəndərov əmək funksiyalarının icrasına başlamışdır. İ.İsgəndərova ümumilikdə məcburi iş buraxma müddəti üçün 40546,73 manat ödəniş olunmuşdur. İ.İsgəndərova məcburi iş buraxma müddəti üzrə əmək haqqı ödənildiyindən həmin müddətin iş stajına əlavə edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş və sosial sığorta hesabına ödəniş aparılmışdır. Qeyd edirik ki, əlavə edilmiş əmək kitabçasının surətindəndə aydın görünür ki, iddiaçının əmək kitabçasına müvafiq qeyd aparılmışdır. ƏMAS-da əvvəlki əmrin ləğv edilməsi və digər bu kimi qeydlərin aparılması qurum olaraq səlahiyyətimiz çərçivəsinə aid deyil. ƏMAS-da İ. İsgəndərovla yeni müqavilə formasında əmək müqaviləsi bağlanma səbəbi isə onun əvvəlki vəzifəsi-yəni Əmək bazarının təhlili və proqnozlaşdırılma departamentinin Əmək bazarının proqnozlaşdırılması şöbəsinin struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə ləğv edilməsi və xx.xx.2025-ci il tarixində Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Təhlil və tədqiqatlar şöbəsinə - yəni tam başqa departament və şöbəyə təyin edilməsidir. Əmək müqaviləsinin müddətsiz bağlanması ilə bağlı məlumat Online formada imzalanmış əmək müqaviləsində qeyd edilmişdir. İddiaçının işlədiyi ştat vahidi 2021-ci ilin yanvar ayından ləğv olunduğundan borclu 2021-ci ilin yanvar ayından sonrakı məcburi işburaxma məbləğlərini əmək müqaviləsinə xitam verildiyi-yəni xx.xx.2020-ci il tarixinədək mövcud olmuş ştat vahidinə uyğun olaraq aldığı əmək haqqına görə hesablanmışdır. Nəzərinizə çatdırırıq ki, İddiaçı ödənişlərin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etimişdir. Hal-hazırda iddiaçının tələbi üzrə məhkəmə prosesi davam edir. Observatoriya tərəfindən qeyd edilən icra vərəqəsi üzrə bütün tələblər yerinə yetirilmişdir. Azərbaycan Respublikası Qanunun 20.1.5, 20.2., 29.1-ci maddələrinə əsasən Observatoriya tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(001)- 1731/2021 saylı İcra sənədi üzrə bütün tələblər icra edildiyi üçün İcra məmuru Bəxtiyar Babayev haqlı olaraq “İcra haqqında” Azerbaycan Respublikası Qanununun 20.1 .5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq icraata xitam vermişdir. Ona görə də hesab edirik ki, İcra məmurunun “İcraata xitam verilməsi haqqında” qərarı əsaslıdır və ləğvi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən, Xahiş edirik: Qəradan şikayət təmin edilməsin, Yasamal Rayon İcra şöbəsinin İcra məmurunun xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Tələbkarın borclunun etirazına münasibətdə isə mülahizələri ondan ibarətdir ki, Borclu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın ərizəyə etirazla bağlı dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm: 1.Borclunun təqdim etdiyi ödəniş cədvəllərində məsələn, 2022, 2023, 2024-cü illər üzrə əmək haqqının 900 manatdan hesablandığı görünür. Halbuki, təqdim etdiyimiz ştat cədvəllərindən aydın olur ki, həmin dövrdə 900 manat nəinki ştat cədvəli üzrə şöbə müdirinin, heç texniki işçinin maaşı olmamışdır. Yəni, təqdim olunan ştat cədvəllərindən aydın olur ki, müvafiq dövrlər üzrə ümumiyyətlə 900 manat maaşı olan inzibati vəzifə mövcud deyildi. 2. İcra sənədi üzrə izah qərardadından aydın olur ki, məcburi işburaxma dövrü üzrə əmək haqqı müvafiq dövrlər üzrə əmək haqqında artımlar (Əmək Məcəlləsinin 154-cü maddəsi üzrə) nəzərə alınmalı idi. Ştat cədvəlllərindən görünür ki, şöbə müdiri vəzifəsinin maaşı dəfələrlə artmışdır. Lakin, borclu şöbə müdiri vəzifə üzrə əmək haqqını yalnız 2020-ci ilin iyunun 30-dək olan vəzifə maaşı (vəzifə maaşına əlavə və ƏMAS-dakı bildiriş nəzərə alınmadan) aparmışdır. Halbuki, elə 2020- ci ilin iyulundan etibarən ştat cədvəli də dəyişmiş və ƏMAS-dakı bildirişlərə uyğunlaşdırılaraq 1800 manat olmuş, daha sonra isə müvafiq ardıcıllıqla şöbə müdiri ştat vahidinin maaşı 2000 manatdan 3500 manatadək artmışdır. 3. İş materiallarından görünür ki, borclu tələbkara Təhlil və tədqiqatlar şöbəsinin müdiri vəzifəsini təklif etmiş, tələbkar həmin vəzifəni qəbul etmişdir. Bu o deməkdir ki, borclu Təhlil və tədqiqatlar şöbəsinin müdirini vəzifəsini tələbkarın əvvəlki vəzifəsinə ekvivalent vəzifə olduğunu hesab etmişdir. Belə olan halda müvafiq dövrlər üzrə əmək haqları da işçinin - tələbkarın 2020-ci ilin mart-iyun aylarındakı vəzifə maaşına yox, məhz Təhlil və tədqiqatlar şöbəsinin müdirinin ştat cədvəli üzrə əmək haqqına uyğun ödənilməli idi. 4. İlqar İsgəndərovun 2020-ci lldə borclu qurumda yerinə yetirdiyi vəzifə bilavasitə qurumun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməsin 3.1.1-3.1.10-cu yarımbəndlərində nəzərdə tutulmuş funksional vəzifələrinin icrasını həyata keçirən şöbəyə rəhbərlik edilməsindən ibarət olmuşdur. Bu şöbə 2020-ci ilin martından 2025-ci ilə kimi müxtəlif adlar altında fəaliyyət göstərsə də faktiki olaraq eyni funksiyaları yerinə yetirmişdir. Yəni, İlqar İsgəndərovun hal-hazırda yerinə yetirdiyi əmək funksiyaları onun 2020- ci ildə yerinə yetirdiyi əmək funksiyaları ilə eyni olsa da borclu ona müvafiq artımları nəzərə almadan 2020-ci ilin vəzifə maaşını ödəmişdir. Ştat cədvəllərindən görünür ki, İ.İsgəndərovun 2020-ci ildə rəhbərlik etdiyi Əmək bazarının proqnozlaşdırılması şöbəsi sonradan adı formal olaraq dəyişdirilərək Əmək bazarı, əməyin təşkili məsələlərinin təhlili şöbəsi (2021) Təhlil və tədqiqatlar şöbəsi (2022-ci ildən bu günə kimi) adlar altında fəaliyyət göstərmiş, təsdiq edilmiş yeni strukturlarda adı dəyişdirilsə də faktiki olaraq eyni funksiyaları - yəni qurumun Nizamnaməsinin 3.1.1-3.1.10-cu yarımbəndlərindəki funksiyaları icra etmişdir. İ.İsgəndərovun icra etdiyi şöbə müdiri vəzifəsinin vəzifə təlimatları və əmək funksiyaları isə həmin adlarla fəaliyyət göstərən şöbələrin şöbə müdirlərinin funksiyaları ilə eyni olmuşdur. Ona görə də müvafiq dövrlər üzrə İ.İsgəndərovun əmək haqları həmin şöbə müdirlərinin ştat cədvəli və ya əmək müqaviləsi bildirişindəki maaşı ilə eyni məbləğdə verilməlidir. 5. Ödəniş cədvləllərindən görünür ki, borclu məcburi işburaxma dövrü üzrə müvafiq Təlimata əsasən ödənilməli olan kollektiv mükafatların və əmək haqqının 1 misli miqdarında sosial ödənişlərin aparılmasından yayınmış, məzuniyyət haqlarını da staja uygun ödəməmişdir. 6. ƏMAS sistemində İ.İSgəndərovun əmək stajının bərpa edilməməsi və öz əksini tapmaması bilavasitə borclunun icra sənədini düzgün, əmək qanunvericiliyinin tələblərinə və icra sənədində, habelə ona izah verilməsi barədə qərardaddakı göstərişlərə uyğun icra etməməsi nəticəsində baş vermişdir. Belə ki, borclu xx.xx.2020-ci il tarixli işdənçıxarma əmrininin ləğvini deklarativ olaraq bəyan etmiş, həmin əmrin ləğvi ilə bağlı müvafiq elektron informasiya sisteminə hər hansı bildiriş daxil etməmişdir. Başqa sözlə, məhkəmənin qanunsuz hesab edərək ləğv etdiyi xx.xx.2020-ci il tarixli əmrin müvafiq X2 rəsmiləşdirilməsi ilə bağlı ƏMAS-a daxil edilmiş bildiriş hələ də qüvvədədir və məhkəmə qərarına baxmayaraq həmin bildirişin ləğvi ilə bağlı hər hansı bildiriş daxil edilməmişdir. Halbuki, həmin bildirişin ləğvi ilə tərəflər arasındakı 30 mart 2020-ci il tarixli əmək müqaviləsi yenidən qüvvəyə minməli, tələbkar işə bərpa edilərkən (hətta əvvəlki rəhbərlik etdiyi şöbə yeni adla fəaliyyət göstərmiş olsa belə) onunla yeni əmək müqaviləsi yox, 30 mart 2020-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşma bağlanmalı, yeni vəzifəsinin adı, funksiyaları, müddət şərtləri, əmək haqqı, əvvəlki dövrlərin əmək haqqı üzrə hesablaşma qaydası həmin əlavə razılaşmadan öz əksini tapmalı idi. Belə olduğu halda, İ.İsgənədorvun əmək stajı bərpa edilmiş olardı. İşəgötürən isə məhkəmə mübahisəsi ilə əlaqədar onun əmək kitabçasına tələm-tələsik qeydlər aparıb məhkəməyə təqdim etmişdir. Halbuki, ƏMAS-dakı müvafiq məlumatlar əmək kitabçasındakı daxil edilmiş məlumatlarla ziddiyyət təşkil edir. 7. Esosial portalından çıxarışlardan da göründüyü kimi tələbkarın müvafiq dövrlər üzrə fərdi sosial sığorta hesabına ödənişlər aparılmamışdır. Qeyd olunanlara əsasən hazırki izahat və mülahizələrin nəzərə alınmasını, şikayətin təmin edilməsini, Baki şəhəri Yasamal rayon İcra şöbəsinin icraata xitam verilmesinə dair xx.xx.2025-ci il tarixli Qərarının ləğv edilməsini ve Binaqədi rayon məhkəməsinin 2(001)- 1731/2021-007 nömrəli xx.xx.2021-ci il tarixli icra senedinin icrası ila bağlı icra hərəkətlərinin davam etdirilməsi barədə qərar (qərardad) qəbul edilməsini məhkəmədən xahiş edirik. İcra məmuru şikayətlə bağlı onu bildirir ki, məhkəmənin qərarı ilə tələbkar işə bərpa edilsə də, müəyyən müddət işə çıxmamışdır. Dəfələrlə dəvət edilmiş, nəhayət işə bərpa edilmiş və əmək haqqı ödənilməsinə başlanılmışdır. Görünən o idi ki, qərarın icra qaydasında hər hansı bir mübahisə olmamışdır. Analoji işlərə də, eyni qaydada xitam verilmişdir. Əmək Müfəttişliyinə əmək haqqı məbləği ilə bağlı müraciət edilməyib, bəzən analoji işlərlə bağlı müraciətlərinə belə sözügedən qurum tərəfindən mövqe bildirilməmişdir. Barələrində protokol verilə bilərdi amma verilməyib. Əmək haqqı məbləği ilə bağlı bəzi işçilərin kartlarında ödənişlərin 900 manat olması görünürdü və işçilərdə bu faktı təsdiq edirdilər. Sadəcə tələbkar əmək haqqından çıxarışı təqdim etməmişdir. Məhkəmə şikayətin dəlillərini, şikayətə əlavə edilmiş və icra işinin materiallarını, proses iştirakçılarının mövqeyini qiymətləndirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 20.1.5. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə və icra işinin materiallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnaməyə izah verilməsi barədə iddiaçının(tələbkarın) ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə izah verilməsi üçün müraciət edilməsinə səbəb ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş tələb üzrə məcburi iş buraxma müddətinin hansı müddətlər olması və buraxılmış müddət üzrə əmək haqqının (X2 aylıq 1800 manat göstərilib) hansı məbləğdə ödənilməsinə, işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən, işə bərpa olunacağı tarixədək verilmiş məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən ona ödənilməli olubolmamasına, məcburi işburaxma müddəti üzrə əmək haqqı ödənilərkən həmin müddətin iş stajına daxil edilməli olub-olmamasına və sosial sığorta hesabına ödəniş edilməli olubolmaması barədə məsələlərə aydınlıq gətirilsin. Həmin ərizəyə baxılan zaman həm tələbkarın, həm də borclunun mübahisələndirildiyi məsələlərdən biri də əmək haqqının məbləği olmuşdur. Qətnaməyə izah verilməsi barədə qanuni qüvvəyə minmiş qərardadda məhkəmə qeyd etmişdir ki, əmək haqqının məbləği, məzuniyyət ödənişlərinin, kollektiv mükafatların cavabdeh tərəfindən ona ödənilməsi, məcburi iş buraxma müddətinin iş stajına əlavə edilməsi, sosial sığorta hesabına daxil edilməsi ilə bağlı məsələlər icra qaydasında həll edilməli olan məsələlərdir və qətnamənin icrası zamanı icra məmurunun bu sahədə biliyi olan mütəxəssis dəvət etmək hüququ vardır və X9 Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Bununla belə, icra işinin materiallarından və digər sənədlərdən müəyyən edilir ki, icra məmuru icra sənədinin icrası ilə bağlı mübahisəli məsələlərin həll edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, mütəxəssis cəlb etməmiş, borclunun göndərdiyi sənədlərlə kifayətlənərək, onun əsaslandırmasını qəbul edərək icra sənədi üzrə icraata xitam vermişdir. Halbuki, icra sənədi işə bərpa olunma hissəsində tam icra edilsə də, məcburi iş buraxma dövrü üçün əmək haqqının məbləği ilə bağlı icra qaydasında müəyyən edilməli olan məsələ həll edilməmişdir. Hansı ki, ən azından əmək müqaviləsi üzrə bildirişdə tələbkarın əmək haqqının 1800 manat olduğu göstərilsə də, icra məmuru tərəfindən borclunun ödədiyi məbləğin icra sənədinin tam icra olunması kimi qəbul edilmişdir. Bundan əlavə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrünün əmək stajına daxil edilməsi ilə bağlı X2 borclunun özündən asılı olan bütün hərəkətlərin edilib-edilmədiyi də araşdırılmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, tələbkarın iddiaçı qismində ödənilməmiş əmək haqqının, məzuniyyət, müavinət və.s ödənişlərin tutulması ilə bağlı iddia icraatı qaydasında tələb irəli sürməsi icra sənədinin tam icra olunduğu hüquqi nəticəsini yaratmır. Hansı ki, məcburi iş buraxma dövrü üçün Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ödənilməli olan əmək haqqı hazırki icraatın predmetidir və məlumdur ki, icra haqqında qanunvericiliyin tələbinə görə icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1731/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267- 269-cu maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1731/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və həmin icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilsin. Tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-384/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-384/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver