Məhkəmə qərarları › İş №8(001)-386/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-386/2025

07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-386/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli, 2(001)- 3082/2013 saylı icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurovun təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Elvin Mansurov təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3082/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “FORD FOCUS” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, “RENAULT MEGAN SCENİC” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “TOFAŞ DOĞAN” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, GEELY CK” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyularaq .Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin duracağına yerlədirilməsi və borcun avtomobilə yönəldilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3082/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay xx.xx.2002-ci il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmalarından ötrü, hər biri üçün 93 manat olmaqla, ümumilikdə 279 (iki yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Borclu icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu aliment pulu ödəmədiyindən onun tələbkara 7886 manat aliment borcu yaranmışdır. “Elektron İcra” İnformasiya Sisteminin çıxarışında Borclu mülkiyyətində “FORD FOCUS” minik markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı, “RENAULT MEGAN SCENİC” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “TOFAŞ DOĞAN” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “GEELY CK” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onlarına iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş avtomobil nəqliyyat məlumatlarına əsasən “FORD FOCUS” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, “RENAULT MEGAN SCENİC” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “TOFAŞ DOĞAN” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “GEELY CK” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Göstərilənləri, eləcə də icra sənədi üzrə tələb olunan borc məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu adına qeydə alınmış “FORD FOCUS” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, “RENAULT MEGAN SCENİC” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “TOFAŞ DOĞAN” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “GEELY CK” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmalıdır. Məhkəmə həmçinin təqdimatın tələbin borclunun mülkiyyətində olan avtomobillərə yönəldilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, icra haqqında qanun borclunun əmlakı üzərinə həbsin qoyulması prosesininin mərhələlərini və icraçının hərəkətlərini, həmçinin məhkəmənin bu məsələ ilə bağlı səlahiyyətlərini dəqiq müəyyən etdiyindən, həmin qanunun tələblərinə əsasən məhkəmənin səlahiyyətinə yalnız icra məmurunun əsaslandırılmış təqdimatına əsasən borclunun əmlakı üzərinə həbsin qoyulması aid edildiyindən, təqdimat borcun avtomobilə yönəldilməsi hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə avtomobillərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin duracağına yerlədirilməsi hissəsi ilə bağlı qeyd edir ki, avtomobillərin cərimə meydançasına yerləşdirilməsi kimi məcburi icra tədbiri qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə həmçinin əmlak üzərinə həbs qoyulması barədə təqdimatla bağlı xüsusi ilə qeyd edir ki, hazırki qərardadla əmlak üzərinə həbs qoyulma dedikdə, Borclu adına qeydə alınmış avtomobillərin mülkiyyətçinin əlindən alınaraq duracağa yerləşdirmə və ya başqa üsullarla nəqliyyat vasitəsinin istifadəsindən kənarlaşdırılması yox, həmin nəqliyyat vasitəsinin özəgəninkiləşdirilməsinin (alqı-satqı, bağışlama və s.) Borclu qadağan edilməsi kimi qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli, 2(001)- 3082/2013 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu adına qeydə alınmış “FORD FOCUS” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, “RENAULT MEGAN SCENİC” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, “TOFAŞ DOĞAN” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı, “GEELY CK” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı və “DACİA LOGAN” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar