Məhkəmə qərarları › İş №8(001)-413/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-413/2023

22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-413/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6789/2021 saylı icra sənədi üzrə tələbkarın nümayəndəsi X1 qətnamənin icra üsulunun dəyişdirilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkarın nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6789/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu2 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X4 ilə 13 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi öhdəliyinin və Borclu1 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X4 ilə 14 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyinin icra üsulunun dəyişdirib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddiaçı X2 iddia tələbinə əsasən 2(001)-6789/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamə ilə cavabdeh Borclu2 və Borclu1 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X4 ilə əmək müqavilələrinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyi qoyulmuşdur. İcra sənədi xx.xx.2021-ci il tarixində Binəqədi rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə quluqçusu Şakir Bahadırov tərəfindən araşdırma nəticəsində məlum olmuşdur ki, X8 həbs edilmişdir və Bakı istintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Ədliyya Nazirliyi Penitensiar Xidmətdən alınmış məlumatda X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 6 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyi və cəzasını 2 saylı CCM-də çəkdiyi müəyyən edilmişdir. Həmin müəssisənin rəhbərliyi tərəfindən X10 icra sənədinin məzmunu və tələbi ilə məlumatlandırılmışdır, X10 rəsmi qaydada 2019-cu ildə özünə iş axtarması məqsədilə "20 Yanvar metro" stansiyasında yaxınlığında iş elanı ilə bağlı 2 nəfər şəxs tərəfindən aldadılaraq ona hansısa sənədə imza etdirilmişdir. Həbs olunduqdan sonra ev ünvanına gəlmiş məktublardan ona məlum olmuşdur ki, adına hansısa MMC vardır. Lakin MMC-nin nə olduğunu və heç bir vətəndaşla müqavilə bağlamadığını, MMC-nin harada yerləşdiyini, nə ilə məşğul olduğunu, həmçinin rəhbərliyi barədə heçnə bilmədiyini göstərmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə quluqçusu Şakir Bahadırov Azərbaycan Respublikasının "İcra Haqqında" Qanunun 70.4-cü maddəsini rəhbər tutaraq Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İcra vərəqəsini xx/xx-270170/2021-14 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə Binəqədi Rayon Məhkəməsinə qaytarmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi izahatında bildirmişdir ki, oğlu Tural hər iki MMC tərəfindən biri əsas digəri əlavə iş yeri olmaqla işə götürülmüşdür. Lakin heç birinə Turalın razılığı alınmamış, iştirakı təmin edilməmişdir. Bu məsələdən oğlunu işə düzəltmək istəyərkən məlumatı olmuşdur. Belə ki, Turalın həm əlavə, həm də əsas iş yeri olması barədə bildirişin sistemdə olması onun işə düzəlməsinə mane olmuşdur. Nəticədə, tərəfindən məhkəməyə müraciət edilmiş və cavabdeh qismində cəlb etdiyi hüquqi şəxslər məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmə tərəfindən iş üzrə qiyabi qətnamə çıxarılmış və qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir. İcra mərhələsində icra məmuru borcluları axtaran zaman məlum olmuşdur ki, hüquqi şəxsin rəhbərini də aldatdıqlarından hazırda cəzaçəkmə müəssisəsindədir. Belə olan halda istəyir ki, boclular üzərinə qoyulmuş öhdəliyin icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 həvalə edilsin. Çünki icra mərhələsində Müfəttişliyin icra şöbəsinə ünvanlanan cavab məktubunda, bu öhdəliyin onlara həvalə ediləcəyi təqdirdə qətnamənin icrasının təmin edilə biləcəyi qeyd edilmişdir. Lakin məktubun surətini ala bilməmişdir. İcra məmuru və borclular ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və icra iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Borclu2 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X4 ilə 13 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişin ləğv edilməsi, öhdəliyinin və Borclu1 üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəziləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış iddiaçı X4 ilə 14 mart 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə əlaqədar bildirişlərin ləğv edilməsi öhdəliyinin qoyulması və s. qət edilmişdirdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarın surətindən görünür ki, Kommersiya qurumlarının dövlət reyestrindən əldə edilmiş rəsmi məlumatla Borclu2 və Borclu1 qanuni təmsilçisinin X10 olması və onun da, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarili hökmü ilə 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildiyi və cəzasını 2 saylı CÇM çəkdiyi müəyyən edilmiş, qeyd olunanlara əsasən də, icra sənədinin icrasını təmin etmək mümkün olmadığından icra sənədi Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. Məhkəmə, qətnamənin icrasını müəyyən hadisənin gələcəkdə baş verməsi ilə əlaqələndirib, möhlət verərək qətnamənin müvafiq icra qaydasını müəyyən etmiş olur. Bu ardıcıllıqla icra hərəkətlərinin yerinə yetirilməsində çətinliklər yarandıqda həmin icra qaydasının dəyişdirilməsi zərurəti yarana bilər. Qeyd olunmalıdır ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tələbkarın nümayəndəsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin cavabdeh olmayan, icra sənədi üzrə isə borclu qismində göstərilməyən tərəfin üzərinə həvalə edilməklə, qətnamənin icrasına nail olmaq niyyətindədir. Halbuki, qətnamənin icra qaydasının dəyişdirilməsi dedikdə məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsi başa düşülür.Lakin ərizə təmin edildiyi halda yalnız qətnamənin yeni icra qaydası və ya üsulu deyil, onun məzmunu və mahiyyəti də dəyişmiş olacaqdır. Belə ki, məhkəmə icraatı zamanı proses iştirakçısı olmayan şəxsin hüquq və vəzifələri ilə bağlı məsələnin həll edilməsi yeni üsul və qayda hesab edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən ərizəni əsassız hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-6789/2021 saylı icra sənədi üzrə tələbkarın nümayəndəsi X1 qətnamənin(icra sənədinin) icra üsulunun dəyişdirilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar