Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-419/2023 25.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5071/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 182/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “Ford Transit yük” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5071/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı Tələbkar ilə Borclu arasında xx.xx.2019-cu il tarixdə imzalanmış barışıq sazişi ilə cavabdeh Borclu üzərinə öhdəlik götürür ki, bir il ərzində iki otaqlı mənzil alaraq birgə nikahdan soğuln övladları X1 adına rəsmiləşdirərək Tələbkar təhvil verir və gələcəkdə evə dair heç bir iddiası olmayacaq. Həmin mənzil birgə nikahdan doğulmuş övladları X2 25 yaşına çatanadək satıla bilməz. Mənzil təhvil verilənədək birgə nikahdan doğulmuş övladları X1 normal mənzil şəraitindən yaşaması üçün noyabr ayından etibarən hər ay 700 manat pul vəsaitinin ödənilməsini cavabdeh Borclu öhdəsinə götürür. İddiaçı Tələbkar iddia ərizəsində göstərilən birgə nikah dövründə əldə olunmuş "Mercedes Benz E250" minik markalı, **-RR-*** dövlət nömrə nişanlı, "Ford Mustang" minik markalı, **-RV-*** dövlət nömə nişanlı və "Ford Tranzit" markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobillərin birgə mülkiyyət sayılaraq bərabər paylara bölünməsinə dair iddiasından və aliment tələbindən imtina etməlidir. İcra sənədinin icrası məqsədi ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 8(001)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus "Ford Transit" yük markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar xx.xx.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Borclu qarşı heç bir iddia və tələbinin olmadığı, həmçinin icra sənədinə xitam verilməsini xahiş etmişdir və xx.xx.2021- ci il tarixdə icra sənədinin icrasına xitam verilmişdir.Bu səbəbdən zərurət aradan qalxdığı üçün qərardadla Borclu məxsus "Ford Transit" yük markalı, **-HV-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsə ehtiyac qalmamışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5071/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus “Ford Transit” yük markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar tərəfindən Binəqədi Rayon İcra Şöbəsinə ünvanlanan ərizədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5071/2019 saylı icra vərəqəsi üzrə öhdəliklər Borclu tərəfindən tam həyata keçirildiyindən, heç bir öhdəliyi qalmamışdır. Odur ki, ona qarşı hər hansı bir tələbi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məmməd Müsəllimov tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5071/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. Beləliklə məhkəmə hesab edir ki, icra sənədi icra edildiyindən və icra məmurunun müvafiq qərarı ilə icra sənədi üzrə icraata xitam verildiyindən avtomobilin üzərində həbsə zərurət qalmamışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Ford Transit” yük markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Ford Transit” yük markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə və Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-419/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-419/2023
25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver