Məhkəmə qərarları › İş №8(001)-440/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-440/2023

23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-440/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra məmurunun icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2003/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 15868 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 138 manatı tələbkar “ExpressBank" ASC-nin xeyrinə ödəməlidir. xx.xx.2022-ci il tarixdə icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra vərəqəsinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmış və borclunun adına qiymətli əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmişdir. İcra tədbirləri zamanı Borclu adına “Nissan Tida” minik markalı, **-EP-***, “Mercedes Benz 200” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyatdan keçməsi müəyyən olmuşdur. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomaşınların üzərinə həbs qoyulmaqla icra vərəqəsinin icrasını təmin etmək üçün, borc tələbi borclunun əmlakına yönəldilməlidir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata borclu, tələbkar və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini və təqdimata əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, təqdimat qismən - Mercedes Benz 200 minik markalı, 90DK964 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb tam həcmdə icra olunmamışdır. Beləliklə, məcburi icra tətbirinin tətbiqi üçün əsas yaranmışdır. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, borcun məbləği nəzərə alınaraq tərəflərin hüquqları arasında ədalətli tarazlıq gözlənilməli və hazırkı mərhələdə üzərinə həbs qoyulması tələb edilən iki avtomobildən birinin - Mercedes Benz 200 minik markalı, 90DK964 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 2003/2022 saylı icra vərəqəsinin icrasının təmin olunması məqsədilə Borclu məxsus Mercedes Benz 200 minik markalı, 90DK964 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Binəqədi Rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar