Məhkəmə qərarları › İş №8(001)-455/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-455/2023

31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-455/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Tələbkar və onun nümayəndəsi və vəkili Vəkil, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun “borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında” 05 may 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilən şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İnsan resursları şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunması və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3030/2022 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, Tələbkar əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 16-ş/h nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə Tələbkar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin insan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6261/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 aprel 2021-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2023-cü il tarixində icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilən borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında qərar ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, onun hüquqi varisi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz edilməsi, icra sənədi üzrə borclunu əvəz edən hüquqi şəxs kimi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bildirişin təqdim edilməsi və həmin qurumun iş üzrə borclu qismində icra sənədində göstərilənlərlə tanış edilməsi və s. qərara alınmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilən borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında qərardan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri İcra Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 05 may 2023-cü il tarixdə qəbul etdiyi borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunmasını və buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilməsi barədə iddia ərizəsi ilə əlaqədar qəbul edilmiş məhkəmə qərarları ilə əlaqədar onu qeyd edirlər ki, "Azərbaycan Yerüstü Neqliyyat Agentliyi" publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin, həmçinin "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi varisi deyil. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanının imzalandığı eyni gündə, yeni 11 oktyabr 2021-ci il tarixində həmçinin "Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 1462 nömrəli Fərman imzalanmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X8 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Teminat İdaresi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 ve 1463 imzalanılaraq hüquqi formasi publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni "Dövlət Dəniz və Liman Agentliyi" əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. Hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4cü fəslində qeyd edilən maddələrlə ilə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Bununla əlaqədar agentlik tərəfindən iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktlarına əsasən Agentliyə ancaq Cəmiyyətin balansında olan daşınmaz əmlakı, avtonəqliyyat vasitələri. Avadanlıqlar, hesablama texnikası və ofis ləvazimatları keçmiş, hər-hansı bir öhdəliyi keçməmişdir. O da xüsusilə qeyd edilir ki, Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədov qəbul etdiyi qərarda Mülki prosessual Məcəlləsinin 56.1 və 57.1-ci maddələrinə istinad etsə də, hansı təhviltəslim aktı ilə Cəmiyyətinin hansı öhdəliklərinin keçməsini göstərməmiş, formal olaraq qeyd edilən maddələrə istinad etmişdir. Həmçinin, Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 43.1ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca amlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən cəmiyyət müstəqil balansa, istifadəsinə verilmiş Dövlət əmlakına, möhürə, müvafiq ştamplara, blanklara, xəzinə və bank hesablarına malik olmuş, qeyd edilən əmlak dövlət mülkiyyətində olmuşdur. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Cəmiyyətin ancaq istifadəsində olmuşdur. Həmçinin əlavə edilmiş təhvil-təslim aktından da göründüyü kimi, həmin akt üzrə Cəmiyyətin heç bir öhdəliyi Agentliyə keçməmişdir. Həmçinin, "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı (bundan sonra-Fərman) ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində "Nəqliyyat-Servis"xxxx"1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"xxxx"2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"xxxx"3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"xxxx"1 saylı Gəncə Regional Nəqliyyat"xxxx"2 saylı Quba Regional Nəqliyyat"xxxx"3 saylı X9". "4 saylı Lənkəran Regional Nəqliyyat"xxxx"5 saylı Yevlax Regional Nəqliyyat"xxxx"6 saylı Şəki Regional Nəqliyyat"xxxx"7 saylı Göyçay Regional Nəqliyyat"xxxx"8 saylı Sumqayıt Regional Nəqliyyat"xxxx"9 saylı Ucar Regional Nəqliyyat"xxxx"10 saylı Şəmkir Regional Nəqliyyat"xxxx"11 saylı Tovuz Regional Nəqliyyat"xxxx"12 saylı Beyləqan Regional Nəqliyyat"xxxx"13 saylı Cəlilabad Regional Nəqliyyat"xxxx"14 saylı Şamaxı Regional Nəqliyyat"xxxx"15 saylı Mingəçevir Regional Nəqliyyat" məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili va "Nəqliyyat Təlim-Tədris Mərkəzi" məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ile Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf ve Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil neqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin ve yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir.Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakları verilmişdir. Fərmanda, fəaliyyətləri dayandırmış təşkilatlarının öhdəliklərinin Agentliyə keçirilməsi qeyd edilməmişdir. Fərmana uyğun olaraq fəaliyyətini dayandırmış Cəmiyyət ilə Agentlik arasında bağlanmış təhvil-qəbul aktları ilə Agentliyə ancaq həmin Cəmiyyətin dövlət mülkiyyətində olan əmlakları verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli fərmanı ile "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi" təsdiq edilmiş, həmçinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hər-hansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır və Cəmiyyət tərəfindən ona heç bir öhdəlik keçməmişdir. Onu da xüsusilə qeyd edirlər ki, cəmiyyətin ləğv edilməsi həm də, onun Ştatlarının ixtisar edilməsi də sübut edir. Belə ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir müavinin 1-3-104/11329-22 nömrəli 05 noyabr 2022-ci il tarixli məktubu ilə ixtisar ediləcək işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar işdən azad ediləcək əməkdaşların siyahısını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə təqdim edilmişdir. "xxxx" MMC-nin (bundan sonra-Cəmiyyət) baş direktoru tərəfindən həmin MMC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanan 12 oktyabr 2022-ci il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanına əsasən Cəmiyyətin fəaliyyətinin dayandırlması ilə əlaqədar əməkdaşların əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisarı nəzərdə tutulmuş əməkdaşların siyahısı təqdim edilməklə həmin Məcəllənin 80-ci maddesine uyğun olaraq müəyyən olunmuş müddətlərdə münasibət bildirilməsi xahiş edilmişdir. Cəmiyyətin Həmkarlar İttifaqından Cəmiyyətin baş direktoruna ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş protokoldan göründüyü kimi, Cəmiyyətin Həmkarlar İttifaqı əməkdaşların Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bendi ilə xitam verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən 18 oktyabr 2022-ci il tarixdə təsdiq edilmiş Agentliyin strukturu təsdiq edilmişdir. Göründüyü kimi, Prezidentinin fərmanına əsasın fəaliyyətlərini dayandırmış müəssisələrin ştatları, o cümlədən də iddiaçının ştatı ixtisara düşmüşdür və məhz bu səbəbdən həmin Cəmiyyət ləğv edildikdən sonra ixtisar edilmiş əməkdaşların əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə uyğun olaraq ləğv edilmişdir. Bu zaman Əmək Məcəlləsinin 83 ve 84-cü maddələrinin tələblərinə tam riayət edilmişdir onlara əmək müqavilələrin ləğv edilməsi barədə məktublar ünvanlanmış, həmçinin işçilərin əmək müqavilələri ləğv edilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının bu barədə qabaqcadan razılığı alınmışdır. Hazırki mübahisənin hallarında da, göründüyü kimi iddiaçının işlədiyi Cəmiyyət fəaliyyətini dayandırmış və onun işlədiyi vəzifə ştatı ləğv edilmişdir. Sadalanan xüsusatlardan da, göründüyü kimi Agentlik qeyd edilən icra vərəqəsi üzrə cavabdeh qismində çıxış edə bilməz. Məhkəmə iclasında iştirak edən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X7 izahatında bildirmişdir ki, şikayəti müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Onlar ləğv olan cəmiyyətin hüquqi varisi deyillər. İcra məmuru qərarında təhvil-təslim aktına istinad edib. Lakin nəzərə alınmalıdır ki, Agentliyin mülkiyyətində hər-hansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır və Cəmiyyət tərəfindən ona heç bir öhdəlik keçməmişdir. BNA bir müddət sonra ləğv olacaq, agentliyin tərkibinə qoşulacaq. Bu zaman yeni ştatlar da, yaranacaq. Həmin əməkdaşlarla bağlanan bütün müqavilələr müddətlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, 16-17 may tarixlərində AYNA-dan çağırılmış və ona aparıcı mütəxəssis ştatı təklif olunmuşdur. Bununla razılaşsa da, ərizəni yazanda məlum olmuşdur ki, müqavilə 1 ay müddətinə nəzərdə tutulub. Bu səbəbdən onlarla razılaşa bilməmişdir. Tələbkar həmçinin məhkəməyə təqim etdiyi etirazını onunla əsaslandırmışdır ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliy" publik hüquqi şəxs məhkəməyə müraciət edərək Binəqədi rayon məhkəməsinin 2(001)-3030/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 xx.xx.2023-cü il tarixli "Borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında" qərarının ləğv edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxs şikayət ərizəsinin hüquqi əsası kimi həm Mülki Məcəllənin 56, 57.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 11 oktyabr 2021-ci il tarixdə imzaladığı 1462 və 1463 saylı Fərmanlara istinad etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 1462 saylı Fərmanda "Dövlət Dəniz və Liman Agentliyi" əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, 1463 saylı Fərmanda ise "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. Aşağıdakılara əsasən hesab edir ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli de imladağı 1463 saylı Fərmanına əsasən avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə bu sahə üzrə fəaliyyət göstərən bir sıra qurum, o cümlədən "xxxx" MMC əsasında Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi yaradılmışdır. Başqa sözlə bu Fərman müasir cəmiyyətdə hər hansı zərurətin qalmaması səbəbindən "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin və bir sıra digər qurumların həyata keçirdikləri səlahiyyətlərindən imtinanın rəsmiləşdirilməsi deyil, məhz bu sahədə işin təkmilləşdirilməsi, o cümlədən bu sahə üzrə fəaliyyət göstərən müvafiq qurumların səlahiyyətlərində olan təkrarçılığın aradan qaldırılması, mövcud səlahiyyətlərin daha təkmil formada və yüksək keyfiyyətdə yerinə yetirilməsinə nail olmaq məqsədi daşıyır. Hüquqi nəticə etibarı ilə əvvəllər sahələr üzrə bir neçə quruma aid olan səlahiyyətlər hazırda Agentliyin şəxsində vahid bir qurumda cəmləşmişdir. Bu baxımdan Agentlik yeni struktura və səlahiyyətlərə malik olan Publik hüquqi şəxs olsa da, onun həyata keçirdiyi bir sıra səlahiyyətlər və bu səlahiyyətlərə uyğun olaraq təsdiq edilmiş ştatlar həmin Fərmanda göstərilmiş qurumların o cümlədən "xxxx" MMC-nin malik olduğu bir sıra səlahiyyətləri və həmin səlahiyyətlərə uyğun olan ştatları ilə eynilik təşkil edir. Hər bir halda, "xxxx" MMC fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq aidiyyəti səlahiyyətlərə malik olmuşdur.Qeyd edilən Agentliyin də məhz bu və bir sıra digər qurumların əsasında yaradılması həmin səlahiyyətlərin (tam və ya hər hansı hissədə, daha təkmil formada və yüksək keyfiyyətdə) bundan sonra məhz Agentlik tərəfindən həyata keçirilməsini, yəni Agentliyin ümumi anlamda eyni istiqamətlər üzrə fəaliyyət göstərməsini özündə ehtiva edir. Fərmana əsasən bu qurumların əmlakının Agentliyin balansına keçməsi də bu halı bir daha təsdiq edir ki, bu da öz növbəsində məhz Agentliyin "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMCnin hüquqi varisi olmasını təsdiq edir. Eyni zamanda tələbkarın əmək kitabçasından müəyyən edildiyi kimi onun işlədiyi qurumun adı və təşkilati-hüquqi forması dəfələrlə dəyişsə də, o yenidən təşkil edilən Cəmiyyətdə 2014-cü ildən fasiləsiz olaraq 5 ildən artıq işləmişdir.Bu səbəbdən cavabdeh işçi ilə 2018-ci ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin bitmə əsasına görə xitam verərkən, işçinin 2014-cü ildən 2022-ci ilədək fasiləsiz olaraq onunla əmək münasibətlərində olmasını nəzərə almalı, habelə işəgötürən işçi ilə 2018-ci ildə müddətli əmək müqaviləsi bağlayarkən onun həmin qurumda artıq 4 il işlədiyini bildiyindən, işçi ilə əmək müqaviləsinə xitam verərək, eyni gündə yeni əmək müqaviləsi bağlaması formal xarakter daşımışdır.Yəni Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə əsasən işçi ilə 2018-ci ildə yenidən bağlanması formal xarakter daşıyan əmək müqaviləsi artıq 2019-cu ildə müddətsiz hesab edilməli idi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, şikayət əsassızdır. Odur ki, təmin edilməməlidir. İcra məmuru isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və tərəflərin izahatlarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun “borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında” 05 may 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3030/2022 saylı, 28 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, onun hüquqi varisi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz edilməsi, icra sənədi üzrə borclunu əvəz edən hüquqi şəxs kimi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bildirişin təqdim edilməsi və həmin qurumun iş üzrə borclu qismində icra sənədində göstərilənlərlə tanış edilməsi və s. qərara alınmışdır. Nazir muavini Rəhman Hümmətov tərəfindən Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinə ünvanlanan ixtisar ediləcək işçilər barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında X4 Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində "Nəqliyyat-Servis"xxxx"1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"xxxx"2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"xxxx"3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"xxxx"1 saylı X10"xxxx"2 saylı X11"xxxx"3 saylı Şirvan Regional Nəqliyyat"xxxx"4 saylı Lenkeran Regional Nəqliyyat"xxxx"5 saylı Yevlax Regional Nəqliyyat"xxxx"6 saylı X12"xxxx"7 saylı Göyçay Regional Nəqliyyat"xxxx"8 saylı Sumqayıt Regional Nəqliyyat"xxxx"9 saylı Ucar Regional Nəqliyyat"xxxx"10 saylı Şəmkir Regional Nəqliyyat"xxxx"11 saylı Tovuz Regional Nəqliyyat"xxxx"12 saylı Beyləqan Regional Nəqliyyat"xxxx"13 saylı Cəlilabad Regional Nəqliyyat"xxxx"14 saylı Şamaxı Regional Nəqliyyat"xxxx"15 saylı Mingəçevir Regional Nəqliyyat" məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və "Nəqliyyat Telim-Tedris Mərkəzi" məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin ve Gence Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmış və 8 sentyabr 2022-ci il tarixli 1842 nömrəli Fərmanla nizamnaməsi təsdiq edilmişdir. Sözügedən Fərmanların icrası olaraq, adları yuxarıda sadalanan qurumlar üzrə bir sıra ştat vahidlərinin ixtisarı nəzərdə tutulmuşdur. Bununla əlaqədar, Azərbaycan Respublikasının "Məşğulluq haqqında" Qanununun 18.2-ci maddəsinə uyğun olaraq, əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv ediləcək əməkdaşların siyahısını təqdim edir və müvafiq tədbir görməyinizi xahiş edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədri A.Y.Rzayev tərəfindən təsdiq edilən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İnzibati işlər departamentinin Nəqliyyat vasitələrinin təminatı şöbəsinin müdiri departament direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Quliyev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təsərrüfat və Təchizat şöbəsinin müdiri Orxan Hüseynzadə və "xxxx" MMC-nin maliyyə iqtisadi təhlil və uçot şöbəsinin müdiri Hikmət Cəfərov tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin balansında olan avadanlıq, hesablama texnikası və ofis ləvazimatlarının bu akta əlavə edilən siyahı üzrə təhvil-təslimi aparılmışdır. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədri A.Y.Rzayev tərəfindən təsdiq edilən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İnzibati işlər departamentinin Nəqliyyat vasitələrinin təminatı şöbəsinin müdiri departament direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Quliyev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Əmlakın idarə edilməsi şöbəsinin müdiri Kamil Hüseynov və "xxxx" MMC-nin maliyyə iqtisadi təhlil və uçot şöbəsinin müdiri Hikmət Cəfərov tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin balansında olan daşınmaz əmlakın bu akta əlavə edilən siyahı üzrə təhvil-təslimi aparılmışdır. Azərbaycan Yerüstü Nəqliyyat X3 sədri A.Y.Rzayev tərəfindən təsdiq edilən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İnzibati işlər departamentinin Nəqliyyat vasitələrinin təminatı şöbəsinin müdiri departament direktoru vəzifəsini müvəqqəti icra edən Tahir Quliyev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nəqliyyat vasitələrinin təminatı şöbəsinin mütəxəsisi Elnur Əliyev və "xxxx" MMC-nin maliyyə iqtisadi təhlil və uçot şöbəsinin müdiri Hikmət Cəfərov tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-nin balansında olan avtonəqliyyat vasitələrinin bu akta əlavə edilən siyahı üzrə təhvil-təslimi aparılmışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3030/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Tələbkar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin insan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməlidir. Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. İcra məmuru xx.xx.2023-cü il tarixdə qərar qəbul edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olaraq əvəz etmişdir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3030/2022 saylı icra sənədi üzrə borclu olaraq qətnamənin icra edilməsi tələb edilir. Borclu isə şikayətində göstərdiyi əsasla onun hüquqi varis olaraq cəlb edilməsini düzgün hesab etmir və onun hüquqi varis olaraq əvəz edilməsi ilə bağlı icra məmurunun qərarının ləğv edilməsini xahiş edir. Borclu tərəfindən təqdim edilən sənədlərdən isə görünür ki, "xxxx" MMC ləğv edilməmiş, fəaliyyəti dayandırılmışdır və işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə deyil, “B” bəndi ilə ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə təhvil-qəbul aktına görə "xxxx" MMC-nin balansında olan avadanlıq, hesablama texnikası, ofis ləvazimatları,daşınmaz əmlaklar, avtonəqliyyat vasitələri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təhvil verilmişdir. Həmin təhvil-təslim qeyd edilən Fərmanın 3.2-ci bəndindən irəli gəlmişdir. Yəni Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanının 3.2-ci bəndində göstərilmişdir ki, bu fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Bununla bağlı məhkəmə aşağıdakı normalara nəzər yetirilməsini zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. 55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual və ya icra icraatı qaydasında hüquq varisliyi dedikdə burada sinqulyar yox, universal hüquq varisliyindən söhbət gedir. Hüquqi şəxslərə münasibətdə isə dəqiqləşdirsək hüquqi şəxsin yenidən təşkil edildiyi halda yaranan hüquq varisliyi başa düşülür. Hüquqi şəxslərin fəaliyyətinə xitam verilməsi müxtəlif nəticələrə səbəb olur. Bundan asılı olaraq hüquqi şəxslərə xitam verilməsinin iki üsulu (qaydası, yolu) fərqləndirilir:1) hüquqi şəxsin yenidən təşkili yolu ilə onun xitam edilməsi; 2) hüquqi şəxsin ləğvi yolu ilə onun xitam edilməsi. Onların da bir-birindən əsas fərqi hüquq varisliyinə yol verilməsi ilə bağlıdır. Hüquqi şəxsin ləğv edilməsi isə bir neçə yolla mümkündür. Bunlar könüllü, məcburi və ya müflis elan olma formasında mümkündür. Hüquqi şəxsin könüllü formada ləğv edilməsi isə onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının müvafiq qərarı ilə mümkündür. Eyni zamanda hüquqi şəxsin ləğvi dedikdə, onun fəaliyyətinə xitam verilməsinin elə bir üsulu başa düşülür ki, bunun nəticəsində onun hüquq və vəzifələri başqa şəxslərə (hüquqi varislərə) keçmir və fəaliyyətinə xitam verilmiş hüquqi şəxsin bazası əsasında hər hansı yeni müstəqil hüquqi şəxs əmələ gəlmir. Məhkəmə Publik hüquqi şəxsin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanının mahiyyətini, həmin Fərmanla "xxxx" MMCnin balansında olan əmlakların yeni yaradılan hüquqi şəxsə keçməsini, əmlak anlayışının şəxsə mənsub olan aktiv və passivləri özündə ehtiva etməsini, əvvəlki hüquqi şəxsin ləğv edilməsi ilə bağlı hər hansı qərarın olmamasını, yeni yaradılan hüquqi şəxsin əvvəlki hüquqi şəxsin əsasında yaradılmasını, əvvəlki hüquqi şəxsin işçilərinin əmək müqavilələrinə müəssisənin ləğv edilməsi əsası ilə xitam verilməməsini, əvvəlki hüquqi şəxsin fəaliyyətinin dayandırılmasını nəzərə alaraq o qənaətə gəlir ki, icra məmuru haqlı olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsini icra sənədi üzrə borclu "xxxx" MMC-nin hüquqi varisi olaraq icraata cəlb etmişdir. Belə ki, yeni yaradılan publik hüquqi şəxsin əvvəlki hüquqi şəxsin əsasında yaradılması, əvvəlki hüquqi şəxsin balansında olan əmlakların yeni yaradılan publik hüquqi şəxsə keçməsi, yeni yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatına alındığı günədək əvvəlki hüquqi şəxsin öz fəaliyyətini davam etdirməsinin nəzərdə tutulması onun hüquqları ilə bərabər vəzifələrinin də keçdiyi və əvvəlki hüquqi şəxsin ləğv edildiyini deyil, yenidən təşkil edildiyi qənaətini formalaşdırır. Həmçinin nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun “borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında” 05 may 2023-cü il tarixli qərarından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilən şikayət əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun “borclunun hüquqi varis ilə əvəz edilməsi haqqında” 05 may 2023-cü il tarixli qərarından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilən şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar