Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-462/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Tələbkar, İcra məmuru X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-786/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcluya məxsus məlumatların alınması barədə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-786/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə aliment borcunun dəqiq müəyyən edilməsi zərurəti yarandığından xx.xx.1993-cü il təvəllüdlü Borclu (VÖEN **********) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün qazancı və başqa gəlirləri barədə (xüsusi notarius fəaliyyətindən vergilər, işçilərin əmək haqları, sosial ödənişlər, digər məcburi ödənişlər və s. xərclər çıxılmaqla yalnız qazancı və başqa gəlirləri hesablanmaqla) hesabına daxil olan pul vəsaitinin miqdarına dair məlumatın Maraqlı şəxs ASC tərəfindən Bakı şəhəri Binəqədi Rayon icra Şöbəsinə verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 786/2023 saylı, xx.xx.2023-cü il il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra vərəqəsinin məcburi icrası ilə əlaqədar xx.xx.1993-cü il təvəllüdlü Borclu gəlirlərinin müəyyən edilərək alimentin hesablanması zərurəti yaranmışdır. xx.xx.1993-cü il təvəllüdlü Borclu (VÖEN **********) 01,04.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün qazancı və başqa gəlirləri barədə (xüsusi notarius fəaliyyətindən vergilər, işçilərin əmək haqqları, sosial ödənişlər, digər məcburi ödənişlər və s. xərclər çıxılmaqla yalnız qazancı və başqa gəlirləri hesablanmaqla) "xxxx" ASC-yə sorğu edilmişdir. "xxxx" ASC-dən daxil olan xx.xx.2023-cü il tarixli məktuba əsasən yalnız qalıq borcu barədə məlumat verilməsinin mümkün olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru təqdimatın təmin edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, onun sorğularına bank cavab vermədiyindən məcbur qalıb təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar təqdimatın təmin edilməsini xahiş edərək bildirdi ki, o, borclu barədə müxtəlif qurumlara şikayət etmişdir. O, qəsdən aliment borcunu ödəməkdən yayınır. İcra məmurunun sorğularına bank cavab vermədiyindən hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-786/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Tələbkar xeyrinə tutulmalıdır. Maraqlı şəxs ASC-nin Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 5.1-ci maddəsinə əsasən bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. 5.2-ci maddəsinə əsasən borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. 5.3-ci maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsində göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. “İcra məmurları” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır və sair. Həmin Qanunun 8-ci maddəsinə əsasən İcra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək və sair.. Göründüyü kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmçinin, icra sənədinin icrası ilə əlaqədar icra məmuru öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat ala, borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlaya; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar verə; tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə və bununla bağlı müvafiq sorğular verə bilər. İcra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun icra sənədinin icrası ilə əlaqədar öz səlahiyyətləri daxilində verdiyi sorğulara cavab alması qanunvericiliyin yuxarıda sadalanan normaları ilə tənzimləndiyindən və buna əməl edilməməsinə görə qanunda məsuliyyət nəzərdə tutulduğundan hazırki təqdimatın təmin edilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-786/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcluya məxsus məlumatların alınması barədə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №8(001)-462/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-462/2023
05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver