Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-467/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1428/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1428/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu 1340,88 manat məbləğində pul tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyata alınmış “Seat İbiza” minik markalı, **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyularaq duracağa yerləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Təqdimat onunla əsaslandırılmışdır ki, “Elektron-icra” sistemində Borclu məxsus pul vəsaitinin olmasına dair bank hesabları, əmək müqaviləsi, daşınmaz əmlak əşkar edilməsə də, onun adına qeydiyyatdan keçən “Seat İbiza” minik markalı, **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. İcra sənədi üzrə borcun borcluya məxsus avtomobilə yönəldilməsi məqsədilə üzərinə həbs qoyulması məqsədəmüvafiq hesab edilmişdır. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, təqdimata iştirakı olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilə bilər. 45.1-ci bəndinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 50.5-ci bəndinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. İş materialları ilə müəyyən edilir ki, “Seat İbiza” minik markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədilə avtomobilin üzərinə həbs qoyulması və avtomobilin cərimə duracağında yerləşdirilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığına və nəticədə məcburi icra tədbirinin tətbiqi üçün əsas yarandığına görə təqdimat qismən təmin edilməli, icra sənədinin icrasının təmin olunması məqsədilə borclunun adına aşkar olunmuş avtomobilin üzərinə həbs qoyulmalıdır. Avtomobilin cərimə duracağında saxlanılması hissəsində isə məhkəmə hesab edir ki, təqdimat həmin hissədə təmin edilə bilməz. Belə ki, üzərinə həbs qoyulan əmlakın eyni zamanda cərimə duracağına yerləşdirilməsi onun istifadəsiz qalmaqla yararsız hala düşməsinə və şəhər üzrə polis orqanlarının dayanacaqlarının həddindən artıq yüklənməsinə səbəb ola bilər. Eyni zamanda, icra haqqında qanunun məzmunundan görünür ki, tələbin borclunun əmlakına yönəldilməsi hallarında yalnız əmlak üzərinə həbsin qoyulması bir qayda olaraq məhkəmənin səlahiyyətinə aid edilmişdir. Borclunun əmlakının üzərinə həbs qoyulması isə özündə əmlakın siyahıya alınmasını, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasını, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını, onun götürülməsini və ya saxlanmaq üçün verilməsini özündə ehtiva edir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1428/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu adına qeydiyyatdan keçən “Seat İbiza” minik markalı, **-NR-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-467/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-467/2023
14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver