Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-48/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(001)- 5336/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Binəqədi Rayon İcra Şöbəsinin rəis müavini Fuad Nəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon İcra Şöbəsinin rəis müavini Fuad Nəbiyev təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021 -ci il tarixli qərarla icraata başlanmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-5336/2021- 007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci il tarixində Tovuz rayon, Qəribli kəndində anadan olmuş və Baki şəhəri, Binəqədi rayonu, 6-cı Mk/rn X2 küç., 91 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məlumat lazımi qaydada göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(001)-5336/2021 saylı icra sənədindən görünür ki, "xxxx" MMC-dən 29 aprel 2020-ci il tarixli 2001/0692 saylı lizinq müqaviləsinə əsasən 10072 manat əsas lizinq borcu, 4229 manat vaxtı keçmiş faiz borcu, 500 manat dəbbə pulu, ümumilikdə 14801 (on dörd min səkkiz yüz bir) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi, Borclu və "xxxx" MMC-dən birgə qaydada 08 fevral 2021-ci tarixli 2101/0734 saylı daxili lizinq müqaviləsi və 20 sentyabr 2022-ci il tarixli razılaşmaya əsasən 9107 manat əsas lizinq borcu, 4730 manat faiz borcu, 450 manat dəbbə pulu, ödənilmiş 300 manat dövlət rüsumu, ümumilikdə 14587 (on dörd min beş yüz səksən yeddi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxx 1985-ci ildə Tovuz rayonu, Qəribli kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı Şəhəri Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-48/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-48/2025
24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver