Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-493/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 787/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-787/2023 saylı qətnaməsi ilə 6552 manat məbləğində borc və 81,37 manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə borclu X5 məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin hər ay 250 manat olmaqla, hissə-hissə icra olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-787/2023 saylı qətnaməsi ilə ondan iddiaçı "xxxx" MMC-nin xeyrinə 6552 manat məbləğində borc və 81,37 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Müəyyən edilmiş borc məbləğinin bir dəfəyə tam olarq ödənilməsində maddi çətinlikləri vardır, belə ki, aldığı əməkhaqqının məbləği azdır, bü məbləğ həm borcunu ödəmək, həm də digər ailə qayğılarını təmin etməkdə bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar "xxxx" MMC ərizə göndərərək, ərizənin təmin edilməməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəni, iş materialları ilə məcmu halında araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, hazırkı mübahisənin məzmunundan göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-787/2023 saylı qətnaməsi ilə 6552 manat məbləğində borc və 81,37 manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, lakin hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla icraya yönəldilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hissə-hissə icra edilməsi tələb edilən məhkəmə qətnaməsi hal-hazırda icraya yönəldilməmiş və belə olan halda ərizənin hazırkı vəziyyətdə təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 787/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-493/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-493/2023
13.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver