Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-51/2025 11.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, Tələbkar (ərizəçi) X3, Borclu iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4231/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiya edilməsi” barədə tələbkar (ərizəçi) X6 tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar (ərizəçi) X6 “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyul 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 400 manat minimum aylıq əmək haqqı məbləğinin 0.68 mislinə müvafiq olaraq indeksasiya edilərək Borclu tutulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim: İlkin Əliyev) xx.xx.2024-cü il tarixli, 2(001)-4231/2024 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (345 x 0.68) manat sabit pul məbləğində alimentin Borclu tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 345 manat minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 55 manat artırılaraq 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda tələbkar uşağının əlilliyinin, bağırsağında probleminin olduğunu və qarşı tərəfin aliment borcunun olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Borclu tələbkara aliment borcunun olmadığını, bununla yanaşı banka kredit borcunun olduğunu bildirmişdir. Məhkəmə tələbkarın və borclunun izahatlarını dinləyib, ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4231/2024 saylı, 22 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Borclu qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, 25 iyul 2019-cu il təvəllüdlü X2 yetkinlik ayşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Borclu tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6137/2024 saylı, 01 noyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Borclu qarşı “nikahın pozulması və uşağın ananın himayəsində saxlanması” tələbinə dair iddiası təmin edilmiş, X6 ilə Borclu arasında xx.xx.2017-ci tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 1248 nömrə ilə qeyd edilmiş nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası X3 yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin maddənin mənasına görə mülki-prosessual qanunvericilik məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamə əsasında pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: “8.4-1-ci bəndə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2023-cü il tarixindən 345 manat məbləğində müəyyən edilmişdir. İşdə olan sübutlarla təsdiq edilir ki, X1 Məhəmməd Muxtar oğlu ilə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından 25 iyul 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(001)- 4231/2024 saylı qətnaməsinə əsasən 25 iyul 2019-cu il təvəllüdlü X2 05 iyun 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 235 manat sabit pul məbləğində aliment tutulmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6137/2024 saylı, 01 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(001)-4231/2024 saylı qətnaməsi ilə müəyyən edilən 235 manat məbləğində aliment, həmin il üçün müəyyən edilmiş minumum əmək haqqının 0.68 misli həddində olduğundan, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan aliment məbləği ölkə üzrə 2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(001)- 4231/2024 saylı qətnaməsi ilə 25 iyul 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləği ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №8(001)-51/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-51/2025
11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver