Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-513/2022 27.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, icra sənədi üzrə tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)- 2121/2022 saylı icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına 27 iyul 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)- 2121/2022 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli müqavilə üzrə Borclu 83 manat əsas, 12,4 manat cərimə borcu olmaqla ümumilikdə 95,4 manatın, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-yə ödənilmsəi qərara alınmışdır. Həmin icra sənədi icra olunması üçün borclunun yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus «Daewoo Espero» minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkarın nümayəndəsi X2 təqdimatın təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitələri haqqında məlumatdan çıxarışdan görünür ki, «Daewoo Espero» minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Lakin məhkəmə təqdimatın avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə hissəsini əsassız hesab edir. Belə ki, avtomobilin cərimə meydançasına yerləşdirilməsi kimi məcburi icra tədbiri qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(001)- 2121/2022 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus «Daewoo Espero» minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-513/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-513/2022
27.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver