Məhkəmə qərarları › İş №8(001)-517/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-517/2023

04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-517/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun Borclu məxsus Toyota Prius minik markalı, 77DA308 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov Borclu məxsus Toyota Prius minik markalı, 77DA308 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-879/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3050 manat məbləğində pul vəsaiti tutularaq Tələbkarmın xeyrinə ödənilməlidir. İcra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada tam təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra” İnformasiya sistemininə edilmiş sorğu nəticəsində, Borclu məxsus əmlak aşkar olunmuşdur. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Toyota Prius” minik markalı, 77DA308 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, borclu borcundan bu günədək ödəniş etməmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən icra edilməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Toyota Prius minik markalı, 77DA308 dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamış, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri keçmiş və hər hansı nəticə əldə edilmədikdən sonra tələbin borcluya məxsus olan əmlaka yönəldilməsini təqdimatda xahiş etmişdir. Beləliklə, təqdimatda göstərilənləri, icra işinin materiallarını, eləcə də “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-879/2023 saylı icra sənədi üzrə icranı təmin etmək məqsədilə Borclu məxsus Toyota Prius minik markalı, 77DA308 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-879/2023 saylı icra sənədi üzrə icranı təmin etmək məqsədilə Borclu məxsus Toyota Prius minik markalı, 77DA308 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar