Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-523/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Borclu X1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X3 “məcburi gətirilməsi” barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi təmin etmək məqsədi ilə borclu X3 Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, vurulmuş maddi zərərin əvəzi kimi borclu X2 15675 manat məbləğində pul, vəkilə çəkilən xərcin əvəzi kimi 200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq Tələbkar ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi iddiaçı Tələbkar, 75 manat hissəsi isə cavabdeh Borclu tutularaq dövlət gəlirinə alınmalıdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu və xx.xx.2022-ci il tarixli “Borclunun məcburi gətirilməsinə dair” qərar qəbul edilərək, tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Belə ki, borclu icra sənədində göstərilən tələbi təmin etməkdən qərəzli olaraq yayınır. Tələbkar Binəqədi rayon İcra Şöbəsinə müraciət edərək, borclu barəsində icra sənədinin icrasını təmin etmək məqsədilə qanuna müvafiq tədbirlərin görülməsini, borclunun məcburi qaydada icra şöbəsinə gətirilərək inzibati məsuliyyətinə cəlb olumasını xahiş etmişdir. İcra sənədini qərəzli olaraq icra etməməsini və onun icrasından yayınmasını nəzərə alaraq borclu X3 məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X4 izahat verərək bildirmişdir ki, o, icra məmurunun çağırışlarından yayınmamış, üç dəfə icra məmurunun yanında olmuşdur. Bu səbəbdən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, X2 15675 manat məbləğində pul, vəkilə çəkilən xərcin əvəzi kimi 200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq Tələbkar ödənilməlidir. Ekspertia tətqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi iddiaçı Tələbkar, 75 manat hissəsi isə cavabdeh Borclu tutularaq dövlət gəlirlərinə alınmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin qərar və bildiriş tərtib edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi üçün borcluya göndərilmiş və eyni zamanda həmin qərar və bildirişi borclu X5 xx.xx.2022-ci il tarixdə imzalamaqla icra məmurundan almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, borclu X3 Binəqədi Rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə, məhkəməyə təqdim edilmiş təqdimat və ona əlavə edilmiş sənədlərdə iş üzrə borclunun icra hərəkətini həyata keçirən icra məmurunun çağırışı ilə gəlməkdən üzürsüz səbəbdən yayınması, habelə bu çağırış barədə borclunun yazılı və ya şifahi surətdə icra məmuru tərəfindən xəbərdar edilməsi müəyyən edilməməsini, əksinə borclunun xx.xx.2022-ci il tarixdə icra məmurunun yanında olmasını və məhkəmənin ilk iclasına gəlməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-538/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X3 “məcburi gətirilməsi” barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-523/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-523/2022
01.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver