Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-543/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5600/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5600/2022-008 saylı, xx.xx.2022ci il tarixli icra vərəqinə əsasən Borclu 18500 manat məbləğində pul vəsaiti və 171 manat dövlət rüsumu tutularaq, iddiaçı Tələbkar ödənilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi artıq ödənilmiş 129 manat ona geri qaytarılmalıdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin tələb borclu tərəfindən təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul edilərək Borclu göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə şöbəyə gəlməmişdir. Borclu icra sənədinin icrasından yayınır, edilmiş çağırışlara gəlməkdən imtina edir. Barəsində məcburi gətirilmə barədə qərar qəbul edilərək, özünə göndərilsə də, gəlməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbi könüllü icra etməsi barədə xəbərdarlıq edilmişdir. Bundan əlavə icra məmurunun tərtib etdiyi akt-dan görünür ki, icra məmuru icra sənədinin icrası ilə bağlı borclunun evinə getmiş və onun evdə olmadığını müəyyən etmişdir və evdə olan şəxslərə borclunun icra orqanına yaxınlaşmasının zəruriliyini borcluya məlumat verməsini bildirmişdir. Bununla yanaşı borclunun ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlanılmış və borclu icra qurumuna gələcəyinə söz vermişdir. Lakin borclu icra qurumuna gəlməmişdir. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, borclunun icra sənədi barədə məlumatı vardır və icra məmurunun cağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-543/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-543/2023
11.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver