Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-556/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 753,90 manat pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci maddəsinə əsasən tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. “Elektron-İcra” sistemində Borclu məxsus pul vəsaitinin olmasına dair bank hesabları, daşınmaz əmlak aşkar edilməsə də, onun adma qeydiyyatdan keçən “Renault 12 minik” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında məhkəməyə bildirdi ki, borcunu ödəməkdən heç vaxt boyun qaçırmayıb. Hal-hazırda onun tələbkara 560 manat borcu var. Onu da yaxın müddətdə ödəyəcək. Üzərinə həbs qoyulması xahiş edilən avtomobili o, 10 il əvvəl satıb. Ondan sonra avtomobil etibarnamə əsasında dəfələrlə əldən-ələ keçib, sonuncu adama elə bu yaxında etibarnamə verib. Həmin avtomobilin üzərinə həbs qoyulması onun deyil, işə aidiyyəti olmayan bir şəxsin hüquqularını məhdudlaşdırmış olacaq. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının tələbkarın iştirakı olmadan keçirilməsi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. - İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. - Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. - Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici icra sənədləri üzrə tələbin borclunun əmlakına yönəldilməsi həyata keçirilən zaman bir sıra ardıcıl mərhələlər nəzərdə tutur və tələbin ilk növbədə borclunun pul vəsaitlərinə yönəldilməli olmasını vurğulayır. Qanunvericiliyin tələblərinə görə, icra məmuru tərəfindən ilk növbədə borclunun pul vəsaitlərinin olub-olmaması məsələsi araşdırılmalıdır. Binəqədi rayon İcra və şöbəsinin icra məmuru isə qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri ötürüb, birbaşa tələbin borcluya məxsus olan digər əmlaka yönəldilməsini təqdimatda xahiş etmiş, Borclu banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olmamasını təsdiq edən hər hansı bir sənədi təqdimata əlavə etməmişdir. Təqdimatın özündə “Elektron-İcra” sistemində və Borclu məxsus pul vəsaitinin olmasına dair bank hesablarının aşkar olunmaması qeyd olunsa da, təqdimata əlavə edilmiş “Elektron-İcra” sistemindən çıxarışda qeyd olunan sistemin bank hesablarının mövcud olub-olmamasının yoxlanılması kimi imkanlarının olması və həmin məlumatların icra məmuru tərəfindən yoxlanılması görünmür. Qeyd olunan məsələlərin aydınlaşdırılması üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə məktub göndərilərək icra işinin məhkəməyə təqdim edilməsi xahiş edilsə də və Binəqədi rayon İcra şöbəsində həmin məktub qəbul edilsə də, məhkəmə iclası təyin edilmiş gün icra məmuru məhkəmə iclasına gəlməmiş və icra işi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icra sənədinin icra edilməsinin mübahisəsiz olaraq vacibliyini qəbul etməklə yanaşı hesab edir ki, şəxsin konstitusion hüququ olan mülkiyyət hüququnun məhdudlaşdırılması zaman qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mütləq şəkildə gözlənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimat rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması və avtomobilin duracağa yerləşdirilməsi barədə təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-556/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-556/2022
04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver