Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-564/2024 21.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 694/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 694/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-694/2023 saylı qətnaməsinə əsasən, X3 iki uşağın saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmaqla, qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Borclunun tərəfindən məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verilmiş, şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə çıxdığı müddətdə o, "xxxx" MMC-də işləyirdi, lakin xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir, işlədiyi müddətdə maaşının 1/3 hissəsi avtomatik qaydada tutulurdu, sonra işləmədiyi üçün aliment ödəmək imkanı olmamış, buna görə də müəyyən məbləğdə borcu yaranmışdır. Uşaqlarını düşünərək və məhkəmə qətnaməsinin icra olunmalı olduğunu bildiyindən bəzi aylarda yaranmış borca görə daha yüksək ödənişlər etmişdir. Son 6 ay ərzində 5210 manat ödəmişdir, hal-hazırda hər ay 440 manat ödəniş edir, buna baxmayaraq 3736 manat aliment borcu yaranmışdır. Tələbkar və icra məmuru bu borcu birdəfəlik ödəmə şəklində icra olunmasını tələb edirlər, lakin onun buna maddi imkanı çatmır. Hər ay 440 manatı çətinliklə ödəyir, yaranmış borca görə əlavə 300 manat ödəniş etmək imkanı vardır. Ona görə də qətnamənin icrasına nail olmaq üçün hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsində göstərdiklərini təsdiq edərək, borcdan yayınmadığını, sadəcə apellyasia və ya kassasiya instansiyalarında məhkəmə qətnaməsinin dəyişdirilməsinə və alimentin azaldılmasına ümid etdiyindən həmin müddətdə alimenti ödəmədiyini və bu səbəbdən də borcun yığıldığını bildirdi. Eyni zamanda hər ay tələbkara 440 manat ödədiyini, əlavə olaraq 300 manat ödəmək imkanı olduğundan qətnamənin hissə-hissə ödənilməsini xahiş etdi. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni iş materialları ilə məcmu halında araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “ ... qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir”. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmə, hazırkı vəziyyətdə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş tələbkarın mövqeyinin öyrənilməsinin mümkünsüzlüyünü, borclunun əmək müqaviləsinə xitam verilməklə hazırda işləmədiyini və borclunun ərizəsində göstərdiklərini nəzərə alaraq hesab edir ki, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-694/2023 saylı qətnaməsi üzrə borcunun hissə-hissə icra edilməsi barədə ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-694/2023 saylı qətnaməsi üzrə yaranmış borc ödənilib qurtaranadək, qətnamə hər ay 740 olmaqla hissəhissə icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-694/2023 saylı qətnaməsi üzrə yaranmış borc X2 tərəfindən ödənilib qurtaranadək, həmin qətnamə hər ay 740 (yeddi yüz qırx) manat olmaqla hissə-hissə icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-564/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-564/2024
21.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver