Məhkəmə qərarları › İş №8(001)-579/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-579/2023

04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-579/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İcra sənədi üzrə Tələbkar MMC-nin nümayəndəsi X2, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(001)- 2154/2023 saylı icra sənədi üzrə Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması və s. barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına 04 iyul 2023-cü il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(001)- 2154/2023 saylı icra sənədinə əsasən Borclu 11 may 2021-ci il tarixli müqavilə üzrə 2246,2 manat əsas, 157 manat cərimə borcu, 19 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 63,36 manat əsas borc olmaqla, ümumilikdə 2466,56 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi icra olunması üçün borclunun yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus «Mercedes 240» minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, «Chery Flaggloud» minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2108» minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı, «Vaz 21074» minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz E320» minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, nəqliyyat vasitələrinin duracağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkarın nümayəndəsi X3 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, o, məlum krediti özü üçün deyil, tanışına götürmüşdür. Sonradan həmin şəxs ödəniş etmədiyindən, borcu özü ödəyəsi olmuş, 600 manat ödəniş etmişdir. Qalıq borc kimi 2509 manata görə onun bu qədər əmlakına həbs qoyulmasına zərurət yoxdur. Borcu tezliklə ödəyəcəkdir. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitələri haqqında məlumatdan çıxarışdan görünür ki, «Mercedes 240» minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, «Chery Flaggloud» minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2108» minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı, «Vaz 21074» minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı və «Mercedes Benz E320» minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Lakin, məhkəmə qeyd edir ki, tətbiq edilən məhdudiyyət tədbiri borca mütənasib olmalıdır. Məhkəmə hesab edir ki, 2509,56 manat borca görə borclunun mülkiyyətində olan 5 avtomobilə həbs qoyulmasına zərurət yoxdur. Bu məqamda məhkəmə qeyd edir ki, borclunun əmlakına həbs qoyulması ilə bağlı icra tədbirinin məqsədi borclu tərəfindən borcun ödənilməməsi halında tələbin həmin əmlaka yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etməkdir. Buna görə də, məhkəmə hesab edir ki, təqdimatda adları göstərilən avtomobillərdən ikisinin üzərinə həbs qoyulması yolu ilə gələcəkdə icra sənədinin icrasını təmin etmək mümkündür. Avtomobillərin dəyəri barədə məhkəməyə sübut təqdim edilmədiyindən, məhkəmə təsadüfi seçimlə “Merceeds 240” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2108” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması ilə kifayətlənməlidir. Məhkəmə təqdimatın avtomobillərin cərimə meydançasına yerləşdirilməsi barədə hissəsini əsassız hesab edir. Belə ki, avtomobilin cərimə meydançasına yerləşdirilməsi kimi məcburi icra tədbiri qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(001)- 2154/2023 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus «Mercedes 240» minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı və «VAZ 2108» minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar