Məhkəmə qərarları › İş №8(001)-583/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-583/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-583/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-583/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra məmurunun xx.xx.2023-cü il tarixdə icraata başladığı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 3101/2022 saylı icra sənədinə əsasən 8565,52 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 88,10 manat hissəsi cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Borclu xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş və icraata başlamaq haqqında qərar və eyni tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu yaşadığı ünvan 1 ünvanına poçt vasitəsilə göndərilmiş, lakin borclu tərəfindən borc tələbi könüllü qaydada ödənilməmiş, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmiş və borcun ödənilməsindən qərəzli şəkildə yayınılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-583/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3101/2022 saylı icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Qərardad xx.xx.2023-cü il tarixdə Borclu məxsus şəxsi elektron kabinetində yerləşdirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)- 583/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, icraçı tərəfindən icra sənədi xx.xx.2023-cü il tarixdə borclunun ünvanıma çatdırılmış və borclu bu borcun ödənilməsi ilə bağlı və daha sonra aşağıdakı tədbirləri görmüşdür: xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsi 0.10 ha torpaq sahəsinin 0.5 ha hissəsini üçüncü şəxsə satmağı barədə tələbka rəsmi bildiriş göndərmişdir. Bildiriş xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, Tələbkar heç bir reaksiya verməmiş və həmin torpağın satışı üçün şərait yaratmamışdır. İcra sənədi üzrə tələbkara xx.xx.2023-cü il, saat 10:52-də 100 manat, xx.xx.2023-cü il, saat 09:27-də tarixində 150 manat icra şöbəsinin depozit hesabına ödənişlər etmişdir. xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə icra məmuruna (xx.xx.2023-cü ildə çatdırılması barədə poçtun qəbzi əlavə olunur) müraciət etmiş, üzrlü səbəbləri bildirərək borcun əmək haqqına yönləndilməsini xahiş etmişdir. İcra məmuru ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədini özünün qeyd etdiyi kimi xx.xx.2023-cü ildə göndərmiş və borcluya çatan kimi dərhal reaksiya verilmişdir. İcra məmuru borclunun əmlakının axtarılması üçün hansı tədbirləri həyata keçirməsi təqdimatın məzmunundan aydın deyil. Bununla bağlı hər hansı bir tədbir görülmüş olsa idi, borclunun əmlakının olduğunu rahatlıqla müəyyən etmiş olardı. İcra məmuru borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamışdırmı? Ümumiyyətlə icra məmuru borclunun mənzilində olmamışdır. Borcli tərəfindən təqdim olunan ərizə, ödənişlər, torpağın satışı üçün cəhd borc tələbinin könüllü qaydada ödənilməsi üçün cəhdlərdir. Üzrlü səbəbini də borclu icra məmuruna ünvanlanmış ərizəsində qeyd etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin edilməli, təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda aşağıdakılar göstərilmişdir: “ ... 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır”. Şikayətə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi xx.xx.2022-ci il tarixdən Borclu xüsusi mülkiyyətindədir. Yəni borclunun əmlakının olması və icra sənədinin icra edilməsi üçün real və rasional tədbirlərin görülməsi mümkünlüyü aşkardır. Belə olan halda borclunun hərəkət azadlığının məhdudlaşdırılması üçün hər hansı obyektiv əsasın olması sual doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 269.2-ci maddəsinə müvafiq olaraq, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə görə, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ... göndərilir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)- 583/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023--cü il tarixli, 8(001)-583/2023 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-583/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar