Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-584/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2307/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29001)-2307/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu 4124 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə Borclu məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2021-ci il tarixində tələbin könüllü icrası barədə bildiriş verilmiş, lakin tələb təmin edilməmişdir. Borclu 15.4.2021-ci il tarixində izahat verərək, hər ay 100 manat ödəniş edəcəyini bildirsə də, ümumiyyətlə ödəniş etməmişdir. Borclu ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Borclu qeydiyyat ünvanına borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar göndərilmiş, lakin borclu icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.Bu halda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İcra haqqında qanunun yuxarıda qeyd edilən maddələrin mənasından göründüyü kimi borclunun məcburi gətirilməsi barədə qərarın qəbul edilməsi üçün 2 əsas müəyyən edilmişdir: 1) borclu(lar) icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındıqda, 2) borclu(lar) icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındıqda. Borclu tərəfindən Binəqədi Rayon İcra Şöbəsində yazılan xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, icra sənədi üzrə borcunu ödəmək niyyətində olduğunu, "xxxx" MMC-də tibb bacısı işlədiyini və 300 manat əmək haqqı aldığını bildirmişdir. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Borclu məcburi qaydada Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. İcra işinin materiallarından və təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş verilmiş və bundan sonra borclu icra qurumunda izahat vermiş, lakin icra məmuru tərəfindən hər hansı məcburi icra tədbiri görülməmiş, yalnız borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat verməklə kifayətlənmişdir. Bununla yanaşı məcburi gətirilmənin tətbiq edilməsi üçün əsas olan hal da iş materialları ilə müəyyən edilmir.Çünki icra məmurunun borclunu çağırması və borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması işin halları ilə öz təsdiqini tapmır. Bu səbəbdən də təqdimat əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2307/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-584/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-584/2023
18.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver