Məhkəmə qərarları › İş №8(001)-590/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-590/2025

18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-590/2025 18.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4346/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4346/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2023-cü il tarixli, 291568 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2404.34 manat, faiz borcuna görə 129.74 manat, cərimə borcuna görə 85.86 manat olmaqla, cəmi 2619.94 (iki min altı yüz on doquz manat, doxsan dörd qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə 46.19 (qırx altı manat, on doqquz qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1061/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4346/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus «VAZ 2106» minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Hazırda icra məmuru Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1061/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borc tam ödənilmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Sadalanan normalardan göründüyü kimi borclunun əmlakının üzərinə həbs qoyulması tələbin həmin əmlaka yönəldilməsi ilə icra sənədinin icrasının təmin edilməsinə xidmət edən məcburi icra tədbiridir. Bununla belə, ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4346/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, məcburi icra tədbiri kimi borclu barəsində görülmüş tədbirlər ləğv edilməlidir. Beləliklə hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 1061/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı ilə Borclu məxsus «VAZ 2106» minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1061/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı ilə Borclu məxsus «VAZ 2106» minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar