Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-613/2024 01.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, X1, Tələbkarın nümayəndəsi X4 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4189/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4189/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən maaşının yarısı hər ay tutulur. Himayəsində üç azyaşlı övladı vardır. Bundan başqa, əlavə kreditləri də vardır. Özü də ailəsi ilə birlikdə kirayədə yaşayır. Bütün bunlar onun üçün çətinlik yaradır. Bu səbəbdən hər ay icra sənədi üzrə 100 manat ödəyə bilər. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4189/2023 saylı qətnaməsi X3 tərəfindən hər ay 100 (yüz) manat olmaqla hissəhissə icra edilməsi qərara alınmışdır. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-613/2024 saylı qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-613/2024 saylı qərardadı ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 izahatında məhkəməyə bildirdi ki, maaşının verilmə vaxtı dəyişdiyinə görə əmək haqqından kredit borcuna görə tutulma olmamışdır. Dəqiq tarixi xatırlamır, amma sonuncu dəfə kredit borcundan 100 manat ödəniş etmişdir. Ondan sonra əmək haqqı azaldıldığına görə borcunu ödəməyə maddi imkanı olmamışdır. İcra məmuruna müraciət etmiş və bildirmişdir ki, ayda 100 manat ödəməyə imkanı çatır. İcra məmuru ona banka müraciət etməli olduğunu bildirmişdir. X12 iştirakçısı olmuşdur, “Füzulinin azad olunması”na görə medalla təltif olunmuşdur, hazırda hərbiçidir. Himayəsində 3 azyaşlı uşaqları, yaşlı ana və atası vardır. Ailə üzvləri ilə birlikdə kirayə mənzildə yaşayır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, borcunu ödəməkdən boyun qaçırmır, sadəcə olaraq borcunu hissə-hissə ödəməyə maddi imkanı çatır. Bundan başqa, onun "xxxx" ASC-yə də kredit borcu vardır. Bu səbəbdən məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi izahatında məhkəməyə bildirdi ki, X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4189/2023 saylı qətnaməsi üzrə Tələbkar ASC-yə 9312,38 manat borcu vardır. Tələbkar ASC ilə borcalan X7 arasında bağlanmış 03 noyabr 2021-ci il tariхli, 300804-295375/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 10000 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və kredit müqaviləsi üzrə yaranmış 7464.22 manat əsas borcun, 1735.76 manat faiz borcunun, ümumilikdə 9199.98 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bankın irəli sürdüyü tələbi təmin etmiş və xx.xx.2023-cü il tarixli, e- 2(001)-4189/2023 saylı qətnamə qəbul etmişdir. İcra mərhələsində borclu ərizə ilə müraciət edərək qətnamənin hissə-hissə icra edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 8(001)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun ərizəsi təmin edilmişdir “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədinialdığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Odur ki, borc məbləğinin 9312.88 manat təşkil etməsi nəzərə alınsa, ödəniş məbləğinin hər ay 100 manat müəyyən edilməsi borcun 93 aya ödənilməsi deməkdir. Bu isə həm qanunvericiliyin tələblərinin, həm də ki, tələbkarın hüquqlarının pozulması ilə nəticələnir. Qətnamə çıxan tarixdən bu günədək borclu tərəfindən cəmi 180 manat məbləğində pul vəsaiti ödənilmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə borclunun və tələbkarın nümayəndəsinin izahatını dinləyib, ərizəni iş materialları ilə məcmu halında araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4189/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X5 7464,22 manat əsas borc və 1735,76 manat faiz borcu, dövlət rüsumuna görə 112,4 manat olmaqla, cəmi 9312,38 manat məbləğində borcun tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə rədd edilməli, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4189/2023 saylı icra sənədi üzrə başlanmış icraat ümumi qaydada davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4189/2023 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №8(001)-613/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-613/2024
01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver