Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-620/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 977/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmurunun təqdimatı onunla əsaslandırılmışdır ki, icraatında olan yuxarıda qeyd edilən icra sənədinə əsasən Borclu hər ay 4 (dörd) uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.50 mislii həddində aliment tutularaq Tələbkar ödənilməlidir. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin könüllü olaraq icrasının təmin edilməsinə dair bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən borc tələbi könüllü qaydada ödənilməmiş, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzürlü səbəb göstərməmiş və borcun ödənilməsindən qərəzli şəkildə yayınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiqdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan təqdim edilmiş materiallar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırmaqla əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Borclu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə tələbi könüllü icra etməmiş, nəticədə müəyyən borc yaranmış, habelə elektron informasiya sistemində borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Ona görə də icra məmuru qanunamüvafiq qaydada Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimata əlavə edilmiş sənədlər təqdimatın əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə məhkəmə təqdimata əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, icra məmuru tərəfindən borcluya icraata başlamaq və könüllü icra haqqında bildirişin verilməsi, borclu tərəfindən icra sənədi üzrə tələbin hər hansı bir üzrlü səbəb göstərilmədən təmin edilməməsi nəzərə alınmalı, təqdimat əsaslı hesab edilərək təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-977/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası təmin edilənədək borclu, xx.xx.1989-cu il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocavənd rayonunda qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi 177A (ictimai iaşə və xidmət üzrə BDPTM-nın inzibati binası) ünvanında faktiki yaşayan olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(001)-620/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-620/2025
24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver