Məhkəmə qərarları › İş №8(001)-622/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-622/2023

02.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-622/2023 02.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Yeganə Müslüm qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 2023/2023 saylı icra sənədi üzrə “Borclu ölkədən getmək hüququnun məhdudlaşdılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:̇ Bakı şəhəri Binəqədi rayon icra şöbəsi borclunun ölkədən getmək hüququnun məhdudlaşdılması barədə təqdimatla məhkəməyə müraciət etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə isə məktub ilə məhkəməyə müraciət edərək, Borclu icra sənədi üzrə borcu ödədiyindən barəsində verilmiş borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu, borcu tam ödədiyindən hazırki təqdimata baxılması zərurətinin aradan qalxdığını bildirdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən digər şəxslərin iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra şöbəsinin məktubunu araşdırıb hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin “Borclu ölkədən getmək hüququnun məhdudlaşdılması” barədə təqdimatı baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar