Məhkəmə qərarları › İş №8(001)-626/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-626/2023

01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-626/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsindəki 0,10 ha torpaq sahəsinin Borclu məxsus ½ hissəsinin üzərinə həbs qoyulması və borcun torpaq sahəsinə yönəldilməsi barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 rayonu, Hökməli qəsəbəsi, Biqələm küçəsindəki 0,10 ha torpaq sahəsinin Borclu məxsus ½ hissəsinin üzərinə həbs qoyulması və borcun torpaq sahəsinə yönəldilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icra məmurunun icraatına daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3101/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra sənədi üzrə 8505,52 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 88,10 manat hissəsi cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya qərar və bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmiş və qərəzli olaraq borcu ödəməkdən yayınmışdır. Borclu 1/2 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsıbəsi, Biqələm küçəsindəki 0.10 ha torpaq sahəsi vardır. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb tam həcmdə icra olunmamışdır. Beləliklə, məcburi icra tətbirinin tətbiqi üçün əsas yaranmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ½ hissədə Borclu, ½ hissədə isə Tələbkar mülkiyyətindədir. Ona görə də, təqdimat qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Borclu mülkiyyətində olan ½ hissəsinə həbs qoyulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri olmaqla ümumiyyətlə məhz icra məmurunun səlahiyyətlərinə aiddir və təqdimatda bunun məhkəmədən xahiş edilməsinın hüquqi əsası təqdimatın məzmunundan aydın deyil. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3101/2022 saylı icra vərəqəsinin icrasının təmin olunması məqsədilə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Borclu mülkiyyətində olan ½ hissəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar