Məhkəmə qərarları › İş №8(001)-640/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-640/2025

05.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-640/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmurunun təqdimatı onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata basladığı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2011ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı məbləğində aliment Borclu tutularaq iddiaçı X4 ödənilməlidir. Borclu göstərilən tələbi könüllü təmin etməsi barədə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar ve eyni tarixli tələbinin könüllü icrası haqqında bildiriş Borclu yaşadığı ünvana poçt vasitəsilə göndərilmiş, lakin borclu tərəfindən borc tələbi könüllü qaydada ödənilməmişdir və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan təqdim edilmiş materiallar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb, təqdimatın əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Borclu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə tələbi könüllü icra etməmiş, habelə elektron informasiya sistemində borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Ona görə də icra məmuru qanuna müvafiq qaydada Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimata əlavə edilmiş sənədlər təqdimatın əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında təlimatın 2-ci bəndində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir;. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Beləliklə, Məhkəmə təqdimata əlavə edilmiş materialları araşdıraraq, hesab edir ki, icra məmuru tərəfindən borcluya icraata başlamaq və könüllü icra haqqında bildirişin verilməsi, borclu tərəfindən icra sənədi üzrə tələbin hər hansı bir üzrlü səbəb göstərilmədən təmin edilməməsi nəzərə alınmalı, təqdimat əsaslı hesab edilərək təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu-xx.xx.1989-cu il tarixdə Şuşa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq (hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək) məhdudlaşdırılsın. Qərardad icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar