Məhkəmə qərarları › İş №8(001)-648/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-648/2023

01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-648/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin borclunun icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyev Borclu Bakı şəhəri ünvan 2əcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icra məmurunun icaatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1329/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi əsasən Borclu xx.xx.2022-ci il tarixli 344530-CNS-34511 saylı kredit müqaviləsi üzrə əsas borca görə cəmi 5627,44 manat Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü İl tarixli, icraata qəbul edilmə haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu və xx.xx.2023-cü il tarixli "Borclunun məcburi gətirilməsinə dair” qərar qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Belə ki, borclu icra sənədində göstərilən tələbi təmin etməkdən qərəzli olaraq yayınır. Tələbkar Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək borclu barəsində icra sənədinin icrasını təmin etmək məqsədilə qanuna müvafiq tədbirlərin görülməsini, borclunun məcburi qaydada icra şöbəsinə gətirilərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İcra məmuru borclunun icra sənədini qərəzli olaraq icra etməməsini, onun icrasından yayınmasını nəzərə alaraq ünvan 1 ünvanında yaşayan Borclu ünvan 2əcburi gətirilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkrar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu tələbin 10 gün müddətində icra edilməsi barədə məlumat verilmiş, lakin tələb onun tərəfindən icra edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1329/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra yerinə, yəni Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1329/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra yerinə, yəni Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar