Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-649/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin Borclu icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyev Borclu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icra məmurunun icaatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2253/2023 saylı, xx.xx.2023cü il tarixli tarixli icra sənədi əsasən Borclu 972,31 manat məbləğində əsas borc, 108,06 manat məbləğində faiz borcu və 30,80 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1111,17 manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli, icraata qəbul edilmə haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu və xx.xx.2023-cü il tarixli “Borclunun məcburi gətirilməsinə dair” qərar qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Belə ki, borclu icra sənədində göstərilən tələbi təmin etməkdən qərəzli olaraq yayınır. Tələbkar Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək borclu barəsində icra sənədinin icrasını təmin etmək məqsədilə qanuna müvafiq tədbirlərin görülməsini, borclunun məcburi qaydada icra şöbəsinə gətirilərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İcra məmuru icra sənədini qərəzli olaraq icra etməməsini, onun icrasından yayınmasını nəzərə alaraq ünvan 1 ünvanında yaşayan Borclu Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda icra haqqında qanun tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra məmuru tərəfindən təqdimata borcluya ünvanlanmış tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildiriş və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surəti əlavə edilsə də, həmin sənədlərin borcluya göndərilməsi və borclu tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd təqdimata əlavə edilməmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Binəqədi rayon İcra Şöbəsinə məktub göndərilərək icra işinin məhkəməyə təqdim edilməsi xahiş edilsə də və Binəqədi rayon İcra Şöbəsində həmin məktub qəbul edilsə də, məhkəmə iclası təyin edilmiş gün icra məmuru məhkəmə iclasına gəlməmiş və icra işi məhkəməyə təqdim olunmamışdır. Beləliklə, qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsinin mübahisəsiz olaraq vacibliyini qəbul edərək məhkəmə hesab edir ki, şəxsin hər hansı hüquqlarının məhdudlaşdırılması zaman qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mütləq şəkildə gözlənilməlidir. Şərh edilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin Borclu icra yerinə məcburi gətirilməsi haqqında təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-649/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-649/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver