Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-65/2023 23.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(001)- 3023/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına 23 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(001)- 3023/2022 saylı icra sənədinə əsasən, 23 dekabr 2016-cı il təvəllüdlü X3 və 11 fevral 2020-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanmaları üçün Borclu hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi, hazırki miqdarda alimentin hesablanmasının 11 aprel 2022-ci il tarixdən, tutulmasının əvvəlinin qətnamə çıxarılan 29 iyul 2022-ci il tarixdən aparılası, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi və icra zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, MTT(001)-153/2022 saylı qərardadının nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, həmin icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məlumat lazımi qaydada göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(001)- 3023/2022 saylı icra sənədi icra olunana kimi xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-65/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-65/2023
23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver