Məhkəmə qərarları › İş №8(001)-673/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-673/2023

25.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-673/2023 25.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1116/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 Binəqədi rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borca görə 8977,47 manat, faiz borcuna görə 477,11 manat, cəriməyə görə 30 manat, dövlət rüsumuna görə 117,45 manat olmaqla cəmi 9602,03 manat AccessBank QSCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclu məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışlara gəlməmiş, borcu ödəməkdən yayınmış və səbəbi barədə məlumat verməmişdir. Ona görə də, borclunun qərəzli hərəkəti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyev tərəfindən “borcluya məcburi gətirilmə tətbirinin tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və qeyd olunan qərar İcra şöbəsinin rəisi tərəfindən təsdiq olunmuşdur. İcra sənədi üzrə təqdimat verən icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata icra məmurunun, borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə, icra məmurunun təqdimatını və ona əlavə edilən materialları nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə borclu X1 Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatı təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclular Borclu1 və xx.xx.1999-cu l tarixdə Kürdəmir rayonu, Sor-Sor kəndində anadan olmuş, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 5 ünanında yaşayan Borclu2 Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar