Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-7/2023 07.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh Tələbkar1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun borcluların icra yerinə məcburi gətirilməsi haqqında təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov borcluların Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə icraata daxil olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6305/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 üzərinə iddiaçılar Tələbkar2 və Tələbkar1 şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı “Kompromat TV” və “Azərbaycan Saati” youtube kanallarında təkzib edilməsi və iddiaçılar Tələbkar2 və Tələbkar1 üzr istənilməsi vəzifəsi qoyulmalı, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 hər birindən 500 manat olmaqla, cəmi 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 0,60 manat hissəsi tutularaq iddiaçılar Tələbkar2 və Tələbkar1 ödənilməlidir. Borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 icraata başlamaq haqqında qərar və bildiriş göndərilmiş, lakin borclular icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə gəlib izahat verməkdən yayınırlar. Hazırkı təqdimatın verilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli qərar borclular tərəfindən mübahisələndirildiyindən və şikayət 8(001)-899/2022 nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olduğuna görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-888/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 8(001)-899/2022 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək 8(001)-888/2022 saylı hazırkı işin icraatı dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-899/2022 saylı qərardadı ilə borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli «Borclunun məcburi gətirilməsi haqqında» qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin məcburi dayandırılması barədə şikayəti rədd edilmiş və icra sənədi üzrə başlanmış icraatın ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. Həmin qərardad mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-7/2023 saylı qərardadı ilə borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 məcburi gətirilmələri barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatı üzrə 8(001)- 7/2023 saylı işin icraatı təzələnmişdir. Borclu2 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək, iş üzrə kassasiya şikayətinin hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğuna görə hazırkı işin icraatın dayandırılmasını və ya təqdimata baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin qeyd olunanların təsdiq olunması üçün hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan isə görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 6305/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 üzərinə iddiaçılar Tələbkar2 və Tələbkar1 şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı “Kompromat TV” və “Azərbaycan Saati” youtube kanallarında təkzib edilməsi və iddiaçılar Tələbkar2 və Tələbkar1 üzr istənilməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 hər birindən 500 manat olmaqla, cəmi 2000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar Tələbkar2 və Tələbkar1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2889/2022 saylı qətnaməsi ilə cavabdeh Borclu4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-6305/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2889/2022 saylı qərardadı ilə cavabdeh Borclu4 nümayəndəsi və vəkili X1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)2889/22 saylı 23 may 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və ona əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmış və hal-hazırda kassasiya instansiyasında işə mahiyyəti üzrə deyil, həmin qərardaddan verilmiş şikayətə baxılır. Məhkəmə iclasında iştirak edən cavabdeh Tələbkar1 izahatında məhkəməyə bildirdi ki, təqdimatın təmin edilməsini xahiş edir. Belə ki, tərəflər arasındakı mübahisə 2018-ci ildən davam edir və hələ də sonu görünmür. Borclular tərəfindən verilən bütün ərizə və şikayətlər yalnız işin icrasının gecikdirilməsinə xidmət edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclular arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borcluların üzərinə müəyyən vəzifələr qoyur. Halhazırda icra sənədi üzrə icraat dayandırılmayıb. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6305/2021 saylı, xx.xx.2021-ci il tarixli saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 icra yerinə, yəni Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6305/2021 saylı, xx.xx.2021-ci il tarixli saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan borclular Borclu1, Borclu2, Borclu3 və Borclu4 icra yerinə, yəni Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-7/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-7/2023
07.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver