Məhkəmə qərarları › İş №8(001)-701/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-701/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-701/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1432 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Verilən təqdimata əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borcluun adına “Mercedes Benz 230” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən icra sənədində qeyd olunan tələb təmin olunmuşdur. Göstərilənlərə əsasən, Borclu adına olan “Mercedes Benz 230” minik markalı, **-RJ-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna, tələbkara və borcluya məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata gəlməyən icra sənədi üzrə tələbkarın, borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz 230” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus “Mercedes Benz 230” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin (borc tam bağlanıldığından) icraatına xitam verilməsi xahiş olunmuşdur. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən,icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə borc tam ödənildiyindən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz 230” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə tapşırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar