Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-711/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4964/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4964/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Borclu vurulmuş zərərin əvəzi olaraq 16345 manat məbləğində vəsait tutularaq idddiaçı Tələbkar ödənilməlidir. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 157 manat məbləğində pulun 139 manat məbləğində olan hissəsi və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyev Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4964/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4964/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu vurulmuş zərərin əvəzi olaraq 16345 manat məbləğində vəsait tutularaq idddiaçı Tələbkar ödənilməlidir. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 157 manat məbləğində pulun 139 manat məbləğində olan hissəsi və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Borclu xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Qarnizonu Hərbi Polisi, Biləcəri - 190 ünvanda qeydiyyatda olan borcluya icra vərəqəsində göstərilən tələbi könüllü təmin etməsi barədə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu ünvanına poçt vasitəsilə göndərilmiş, lakin borclu tərəfindən borc tələbi könüllü qaydada ödənilməmişdir və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzürlü səbəb göstərməmişdir və borcun ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Görülmüş icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu xarici ölkələrə gedib-gəlir. İcra sənədi üzrə təqdimat verən icra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata icra məmurunun, borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, “Elektron icra” informasiya sistemində borclunun adına tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması, habelə əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4964/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4964/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Qarnizonu Hərbi Polisi, Biləcəri - 190 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №8(001)-711/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-711/2025
15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver