Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-75/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1990cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü qaydada təmin edilməsi məqsədi ilə borcluya qeydiyyatda olduğu və yaşadığı ünvana qərar və bildiriş göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi ona verilmiş müddət ərzində təmin etməmiş və bu səbəbdən onun barəsində məcburi icra hərəkətlərinin tətbiqinə zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında yaşayan Borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası barədə bildiriş Borclu təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 354500/2024-1 saylı xəbərdarlıq məktubundan görünür ki, Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun əmlakının axtarılması haqqında qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “KİA CADENZA” minik markalı, **-KB-*** qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi və saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-545/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Borclu əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Elekton icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində daşınar əmlak, yəni “KİA CADENZA” minik markalı **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Borclu "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətində “hüquqşünas” vəzifəsində işləyir, əmək haqqısı 800 manat təşkil edir. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin təqdimat və ona əlavə edilmiş sənədlərlə Borclu əmək haqqısı ilə əlaqədar icra məmuru tərəfindən icra tədbirlərinin həyata keçirilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-75/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-75/2025
05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver