Məhkəmə qərarları › İş №8(001)-764/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-764/2024

09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-764/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(001)- 5054/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Əzimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Şakir Əzimov təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-5054/2022- 006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi təklif olunmuşdur. Lakin keçən müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmış, əldə olunmuş məlumatda borclunun mülkiyyətində tələbin yönəldilə biləcək əmlak aşkar olunmamışdır. Borclu hal-hazırda aliment üzrə borcu 9350 manat təşkil edir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məlumat lazımi qaydada göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(001)-5054/2022 saylı icra sənədindən görünür ki, 01 avqust 2014-cü il təvəllüdlü X1, 25 mart 2017-ci il təvəllüdlü X2 və 10 sentyabr 2018-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilsin və alimentin tutulmasının əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən borcluya könüllü icra üçün müddət təyin olunsa da icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar