Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-766/2024 31.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(001)- 1342/2024 saylı icra sənədi üzrə Borclu məxsus mənzilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 103 saylı mənzilin üzərinə həbs qoyulması və həmin tələbin göstərilən mənzilə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Bakı şəhəri Binəqədi Məhkəməsinin 2(001 )-1342/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən cəmi 65275 manat məbləğində pul vəsaitinin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Belə ki, iş üzrə Borclu hal-hazırki vaxta qədər icra sənədində göstərilmiş tələbləri tam yerinə yetirməmiş və göstərilən borc məbləğlərini tələbkara ödəməmişdir. Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədilə aidiyyatı qurumlara sorğular edilmişdir. Elektron baza məlumatlarından məlum olur ki, borclulardan Borclu adına ünvan 1 ünvanında yerləşən 103 saylı mənzil qeydə alınmışdır. Həmçinin məlumat üçün bildirmişdir ki, iş üzrə Borclu adına elektron baza məlumatlarında əlavə olaraq iki mənzil və iki qeyri-yaşayış sahəsi, avtomobillər qeydiyyatdadır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onlarına iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan baza məlumatlarından müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzil Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Göstərilənləri, eləcə də icra sənədi üzrə tələb olunan borc məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 103 saylı mənzilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə həmçinin təqdimatın tələbin borclunun mülkiyyətində olan mənzilə yönəldilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, icra haqqında qanun borclunun əmlakı üzərinə həbsin qoyulması prosesininin mərhələlərini və icraçının hərəkətlərini, həmçinin məhkəmənin bu məsələ ilə bağlı səlahiyyətlərini dəqiq müəyyən etdiyindən, həmin qanunun tələblərinə əsasən məhkəmənin səlahiyyətinə yalnız icra məmurunun əsaslandırılmış təqdimatına əsasən borclunun əmlakı üzərinə həbsin qoyulması aid edildiyindən, təqdimat borcun daşınmaz əmlaka yönəldilməsi hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(001)- 1342/2024 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus ünvan 1 ünvanında yerləşən 103 saylı mənzilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-766/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-766/2024
31.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver