Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-769/2024 10.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4731/2022 saylı icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4731/2022 saylı icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə borclu xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4731/2022 saylı icra sənədinə əsasən Borclu 40000 manat məbləğində pul vəsaiti və 194 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal təmin edilməsi barədə borcluya, bildiriş və qərar verilmişdir. Lakin tələb borcludan məcburi icra tədbirləri nəticəsində borc məbləğindən 6000 manat tələbkara ödənilməsi təmin edilmiş, 34000 manat isə qalıq borcu qalmışdır. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclunun hər an ölkə ərazisini tərk etmək ehtimalı olduğundan, icra sənədinin icrasını təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkar təqdimatın təmin edilməsini xahiş edərək bildirdi ki, borclu icra sənədini qəsdən icra etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna baxmayaraq məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimata əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4731/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu 40.000 manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 194 manatı iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4731/2022 saylı icra sənədi üzrə icraat başlanmış, tələbin könüllü icrası barədə bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclu Bakı şəhəri Binəqədi rayon icra şöbəsində verdiyi izahatın təsdiq edilmiş surətindən görünür ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4731/2022 saylı icra sənədindən xəbərdardır, həmçinin yaxın vaxtlarda borcunu ödəyəcəkdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən borcluya ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra işinin icrası ilə əlaqədar borclu şəxsiyyətini təsdiq edən sənədlə Binəqədi rayon icra şöbəsində olmaqla icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, Tələbkar xx.xx.2022-ci il tarixli, e-2(001)-4731/2022 saylı icra sənədi ilə əlaqədar Borclu 2.000 + 4000 manat pul almışdır. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, borclunun cari iş yeri - işəgötürən "xxxx" MMC, vəzifəsi - direktor, əmək haqqı - 340 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1 və 43.1.2-ci maddələrinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləri siyahısına aid edilmişdir. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması hallarında əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Məhkəmə hesab edir ki, icra məmurunun tələb olunan borcun borclunun əmək haqqına yönəldilməsi imkanı olduğundan Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)-4731/2022 saylı icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4731/2022 saylı icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-769/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-769/2024
10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver