Məhkəmə qərarları › İş №8(001)-770/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-770/2024

19.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-770/2024 19.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlununa katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1683/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon icra şöbəsi icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1683/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Binəqədi rayon icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, daha sonra xx.xx.2024-cü il tarixdə isə məhkəməyə məktub ünvanlayaraq, təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimatın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, icra şöbəsinin məktubunu araşdırıb hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Aqil Cəbiyevin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1683/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə təqdimatı baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar